Gürcüstanda baş nazir dəyişir? - Baxtadze

 

Çürcü Arzusu Partiyası parlamentdə özünün yenilənmiş seçkiqabağı proqramını təqdim edəcək və bu proqramda yer alan tələblər hökumətin yeni tərkibinin formalaşmasına yardım edəcək.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib.

"Biz parlamentdə yenilənmiş proqramı təqdim edəcəyik. Komandanın tərkibi bu proqramdan asılı olacaq. Biz nəticəyə fokuslanmışıq”, – deyə o bildirib.

Bununla belə Baxtadze hər nə olursa olsun, Gürcü Arzusunun üzvü olaraq qalacağını deyib.

Qeyd edək ki, bundan öncə "Pirveli” televiziyası yaxın zamanlarda Baş nazir Baxtadzenin istefaya gedəcəyi, onu Daxili İşlər naziri Georgi Qaxariyanın əvəzləyəcəyi barədə məlumat yayıb. Məlumatda Qaxariyanın yerinə keçmiş baş nazir İrakli Qaribaşvilinin gətiriləcəyi, Baxtadzenin isə beynəlxalq təşkilatlardan birində çalışacağı vurğulanıb



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}