Tbilisidə etirazçılar parlamentin girişlərində barrikadalar yaradıblar –FOTO

Tbilisidə etirazçılar parlamentin girişlərində barrikadalar yaradıblar –FOTO


 

Paytaxt Tbilisidə etirazçılar parlament binası ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar. Barrikadalar qanunverici orqana aparan yollarda yerləşdirilib. Aksiya iştirakçılarının bir qismi və müxalifət liderləri gecəni səhərədək parlament ətrafında qalıblar. Etirazçılar dəmir çəlləklərdə ocaq qalayıblar. Qanunverici orqanın giriş qapılarının birinin qarşısında böyük ölçüdə hərbi çadır qurulub. Bu, ərazidə qurulan ikinci böyük çadırdır. Birinci böyük çadır parlamentin qarşısında Rustaveli prospektində quraşdırılıb və aksiya təşkilatçılarının qərargahı kimi fəaliyyət göstərir. Qeyd edək ki, etirazlar noyabrın 14-dən etibarən başlayıb. Etirazlara səbəb ölkə parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsidir.

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}