Partiya sədri xanım rəqibi haqda saxta xəbərlər yaydırır? - Aparıcı bəyanat yaydı, "sonadək seçkidə varam" dedi"

Partiya sədri xanım rəqibi haqda saxta xəbərlər yaydırır?

 

Fevralın 9-da keçiriləcək parlament seçkilərinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürən aparıcı Aytən Səfərovanın namizədliyini geri götürməsi ilə bağlı saxta xəbərlər yayılıb.

Sozcu.info  xəbər verir ki, bununla bağlı aparıcı açıqlama yayıb, o, bu xəbərlərin məqsədli yayıldığöını bəyan edib. Bildirib ki, bunu həm də seçicilərdə inamsızlıq yaratmaq üçün etdiklərini bildirib:

"Əziz ağsululular və ismayıllılılar,

9 fevral 2020-ci növbədənkənar parlament seçkilərində mənim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən olan opponentim gözəl həkim, ziyalı Araz Bayramov öz namizədliyini geri çəkdikdən sonra (təəssüf), mənim də analoji addım atacağım barədə şayiələr dolaşır. Və ya qəsdən dolaşdırılmaqda, camaat arasında çaşqınlıq, seçicilər arasında inamsızlıq yaradılmaqdadır.

Bu şayiələrin heç bir əsası yoxdur, mən bu gün də öz seçkiqabağı təbliğat və təşviqat kampaniyamı davam etdirməkdəyəm. 87 saylı DSK namizədləri arasında bu gün sadə xalqın, seçicilərin ümidlə millət vəkili olacağını gözlədiyi, sözlərini nəhayət ki, çəkinmədən deyəcəyinə böyük inamı olduğu nömrə bir real namizədəm. Cənab Prezidentə, dövlətimə, son islahatlara görə hədsiz təşəkkürmü bildirirəm. Bu prosesə  kölgə salmaq  istəyən ünsürlər barəsində isə ciddi tədbirlərin görüləcəyinə əminəm. 9 fevral tarixində hamı seçkilərə! Səsiniz gəlsin!”.

Xatırladaq ki, bu dairədən əsas namizəd Vəhdət partiyasınıln sədri, deputat Tahir Kərimlidir. Görünür, Aytən sfərovanın onun səs almasına cidi maneə olacağını zənn etdikləri üçün belə şayiə yayırlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}