MÖHÜR sevdası

 


 

Nəriman Nərimanov "Cümələr oynayan (truppaya) teatrçılara açıq məktub”da yazırdı: İndi siz vadar edirsiniz ki, "qurd olub quzu cildində” camaatı "düz” yola dəvət edənləri mən camaata göstərəm?"

... "Borçalı" İB yarandığı 1993-cü ildən zaman-zaman müxtəlif maraqların mübarizə predmetinə çevrilib. Bəzən də müəyyən siyasi məqsədlər üçün istifadə edilib. Bu gün isə ictimai, milli-mənəvi dəyərləri tanımayan, cəmiyyət içində aydın obrazı, bəlli mövqeyi olmayanların aşağılanmış duruma saldığı bir quruma çevrilib. Bütün oyunlar Borçalı adının üstündə gedir. Məqsəd bəllidir. Yalançı təəssübkeşliklə ictimai rəydə müzakirələri və mübahisələri qızışdırmaqla bu adın üstündən qara xətt çəkilməsi, qurumun ləğv olunması istəyi açıq şəkildə büruzə verilir. Adamdan soruşarlar: Sizə bu vassal statusunu kim verib? Bu ad böyük bir xalqın keçmişi və varlığı ilə bağlıdır və indi hər hansı bir quruma verilsə belə, yaşadılmalıdır. Yenə də ortamın qarışmasına yönələn cəhdlər aktuallaşıb. Belə addımların qəti əleyhinəyəm. Heç kimin haqqı deyil ki, qurumu mənimsəmək, ya da ləğv etmək iddiası ilə çıxış etsin. Sağlam düşüncəsi olan insan təmsil olunduğu mühitdə sağlam ab-hava yaradılmasına, təsadüfi ziyanvericilərdən təmizlənməsinə çalışar. Nəinki o mühiti tamamilə məhv etmək istəyən qatil rolunda çıxış edər... Deməli, bu və ya oxşar amillər müasir cəmiyyətin tələbləri ilə hesablaşmayan avantürist meyllərin, təəssüf ki, hələ də mövcudluğunu göstərir.

Bəs belə bir acınacaqlı durumun yaranmasına səbəb nədir? Konkret cavab tələb edən sualdır. Ona görə də konkret fikir bildirirəm: Mətbu fikir və mülahizələrin çoxunda Birliyi labirintlərə sürükləyən subyekt kimi Ayvaz Ayvazovun (Eyvaz Borçalı) adı keçir. Onun hamıyabəlli bir MÖHÜR sevdası var. Digər həmtəsisçilərdən fərqli olaraq, o, quruma həmişə dədə malı kimi baxıb, özmənafeyini ümumi maraqdan üstün tutub. Özünə Borçalı təxəllüsü götürmək həqiqi vətənpərvərliyə dəlalət etmir və müəyyən niyyətlərə hesablana bilər. Vaxtilə Borçalının dəyərli insanları məhz onun sədrliyi dönəmində qurumdan tamamilə uzaqlaşdırılıb. Həm təsisçilər də ondan uzaq durmağa çalışıblar. Birliyin ictimai xarakterini dəyişdirib ona siyasi rəng verən də ilk dəfə məhz Ayvaz Ayvazov (və havadarları) olub. Qurum onun sədrliyi ilə 2003-cü il prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyalar və ictimai təşkilatlar blokunda təmsil olunub. O dövrkü mətbuatda indiki iqtidara qarşı qeyri-konstruktiv, qaragüruhçu fikirlərlə çıxış edib. Seçkilərdə xalqın iradəsi qalib gələndə isə bir müddət susmağa üstünlük verib. Sonralar xaricdə yaşayan bir iş adamı ilə sövdələşərək istimai sferada özünəməxsus addımlarını yenidən canlandırıb. Amma bu fəaliyyət də fiaskoya uğrayanda 2009-cu ildə MÖHÜRü verdiyi (seçdiyi) yeni sədrin vasitəsilə Birliyə siyasi aspekt gətirməyə nail olsa da, orada duruş gətirməsi uzun çəkməyib. Çünki fərdi iddialar alovlanmışdı deyə ətrafı da qarsıyırdı. 2011-2016- cı illərarası Ayvaz Ayvazovun MÖHÜR həsrətilə özünə tərəfdar axtardığı dövrdü. Nəhayət, 2016-cı ildə o bir sıra ziyalının nüfuz və imicindən sui-istifadə edərək növbəti tamaşayla yeni sədr istəyini gerçəkləşdirdi. Bu dəfə Yusif Sərrac rolunda alim Kərəm Məmmədov oynadı, amma tərs oynadı...

Bir ilin tamamında Kərəm Məmmədov da öz xoşuyla sədrlikdən getdi. "Su gələn arxa bir də gələr” deyərlər. Budur, yenə də həmtəsisçi Ayvaz Ayvazov ətrafındakı 5-6 nəfər vassalla birlikdə çaldığı MÖHÜRü bayraq edərək "faydalı” bir sədr axtarışındadır.

Burada böyük Nəriman Nərimanovun "oynayan (truppaya) teatrçılara" suallarında biri lap yerinə düşür: "Məgər, beş-on nəfər adamın içində bir zat tapılmadımı ki, hərəkətinizin naqisliyini göstərə?"


Dəyanət Osmanlı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}