Abel Məhərrəmovla bağlı süni gündəm kimə lazımdır?

Abel Məhərrəmovla bağlı süni gündəm kimə lazımdır?

 


Bəzi saytlarda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Təhsil naziri təyin olunacağı, bununla bağlı rektorun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı haqqında məlumatlar yayılır. Bu informasiyalar niyə yayılır və yaxud da kimə lazımdır? Bu suala cavab tapmağa çalışacağıq.

İlk olaraq Abel Məhərrəmovun Təhsil naziri təyin olunacağı, bununla bağlı BDU-da təhvil-təslim işləri aparılması haqqında məlumatların süni gündəm yaratmaq həvəskarlarının fəaliyyəti hesab olunmasını daha doğru hesab edirik. Çünki, Təhsil naziri vəzifəsinə təyinat müstəsna olaraq dövlət başçısının səlahiyyətlərinə aiddir. Prezidentin kimi Təhsil naziri təyin edəcəyini isə media, xüsusilə də əksəri qeyri-ciddi xəbərçiliklə məşğul olan saytların bilməsi qeyri-mümkündür. Bu sadəcə olaraq süni gündəm yaratmaq, stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil.

Bununla belə, bu kimi qeyri-ciddi informasiyaları tirajlayanların olması da diqqətdən qaça bilməz. Heç bir mənbəyə söykənməyən məlumatları tirajlamaq hansısa məqsədlərdən xəbər verir. Bu isə bəzi saytların Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova qarşı qərəzli mövqelərindən xəbər verir. Əgər bu saytlarda monitorinq aparılsa, məlum olacaq ki, Təhsil Nazirliyinin rəhbərliyində dəyişiklik baş verən kimi dərhal akademik Abel Məhərrəmovla bağlı hansısa süni gündəmlər yaradılmağa çalışılacaq. Görünür, bəzi qüvvələr Bakı Dövlət Universitetinin rəhbərliyinin diqqətinin əsas vəzifəsindən yayınmasına, süni gündəm məsələlərinə yönəlməsini istəyir. Halbuki, qarşıdan Bakı Dövlət Universitetinin 100 illiyi kimi möhtəşəm tarix gəlir və həmin tarix yüksək səviyyədə qeyd olunmalıdır. Həmin yübileyin əsas tədbirləri gələn il həyata keçirlməsi planlaşdırılsa da, yubileylə bağlı hazırlanacaq kitablar və digər əyani vəsaitlərin üzərində indidən işləmək lazımdır. Ancaq görünür bəzi qüvvələr bunun haqqında deyil,  Bakı Dövlət Universitetinin rəhbərliyinin süni gündəmlərə yönəlməsini istəyir. Ancaq onların buna nail ola bilməsi mümkün deyil. Bakı Dövlət Universitetinin rəhbərliyini dövlət başçısı tərəfindən üzərilərinə qoyulan vəzifəni icra etməkdən heç bir süni gündəmlərlə yayındırmaq mümkün deyil.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}