İzmirdə “Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda təbdir keçirilib

İzmirdə “Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda təbdir keçirilib

 

Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı Dokuz Eylül Universitetinin İqtisadi idarəetmə fakültəsində "Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

 

Sozcu.info xəbər verir ki, konfransı Azərbaycanın Türkiyədəki səfirliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi, Maliyyə Klubu, SOCAR-ın Türkiyədəki nümayəndəliyi təşkil edib.

Tədbirin açılış çıxışını fakültənin dekanı,Prof. Dr.Kamil Tügen,dərnək başqanı, Dr. Asif Kurban və SOCAR-ın Türkiyədəki nümayəndəliyinin başçısı Gülmirzə Cavadov ediblər.

Tədbirin moderatorluğunu Prof.Dr. Nevzar Şimşek edib. Əsas çıxışçılar isə səfir Xəzər İbrahim, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri,Dr.Cavid Vəliyev olub.

Səfir Xəzər İbrahim Türkiyə-Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu,bu əlaqələrin hər sahədə daha da genişləndirilməsi üçün çox işlərin aparılmasını bildirib.

"Səfir kimi Türkiyədə fəaliyyətə başladığım gündən ilk səfərimi Çanaqqalaya etdim. Çanaqqala Türkiyə türklərinin deyil,bütün Türk dünyası üçün önəmlidir”,-deyə səfir qeyd edib.

Hikmət Hacıyev çıxışında Türkiyə-Azərbaycan arasındakı əlaqələrin dünyada bənzərinin olmadığını qeyd edib.

"Türkiyə rəsmilərinin olmadığı bir yerdə də Türkiyənin müdafiə etməyi özümüzə borc bilirik. Afrin əməliyyatında Türkiyənin yanında olduğumuzu bəyan edən ilk dövlətik”.

Dr. Cavid Vəliyev isə Türkiyə Azərbaycan əlaqələrinin tarixi inkişafı,təhlükəsiz mövzusunda çıxış edib.

Tədbir çox saylı suallara verilən cevablarla dəvam etdi. Sonda çıxışçılara diplomlar təqdim olundu. Tədbirdə İzmir rəsmiləri ilə yanaşı universitetin müəllim heyəti, siyasi partiyaların və qeyri-hökümət təşkilatlarının nümayəndələri və Azərbaycanlı tələbə və vətəndaşlar iştirak etdilər.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}