SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə YENİ TƏYİNAT

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə YENİ TƏYİNAT

 

"SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərliyində dəyişiklik olub.

Sozcu.info  APA-ya istinadən xəbər verir ki, "STAR Rafineri" zavodunun baş direktoru İbrahim Palaz "SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərinin müşaviri təyin olunub.

İ.Palazı isə Mesut İlter əvəzləyib.
 
Qeyd edək ki, İ.Palaz "STAR Rafineri"yədək AMOCO, "Halliburton", "Universal Pegasus", BOTAŞ kimi şirkətlərdə çalışıb.
 
M.İlter isə "STAR Rafineri"nin baş direktoru təyin olunanadək "Tüpraş" şirkətinin baş direktorunun müavini olub.
 
Qeyd edək ki, "SOCAR Turkiye Enerji A.Ş." SOCAR-ın törəməsidir. Törəmə müəssisə Türkiyə iqtisadiyyatına 18 mlrd. dollar həcmində investisiya yatırmağı planlaşdırır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}