Türkiyə ilə bağlı qalmaqallı açıqlama: “TAMAMİLƏ DAYANDIRILMALIDIR”

Türkiyə ilə bağlı qalmaqallı açıqlama: “TAMAMİLƏ DAYANDIRILMALIDIR”

 

Sozcu.info  xəbər verir ki, Avropa Parlamentinə seçkilər ərəfəsində İtaliyada toplanan ultrasağ liderlər Türkiyəyə düşmənliklərini gizlədə bilməyiblər. İtaliyanın baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini qalmaqallı açıqlama verərək deyib: "Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin təxirə salınması azdır, bu, tamamilə dayandırılmalıdir”.

 

İclasda Danimarka və Finlandiya dövlətlərinin nümayəndələri də iştirak ediblər. Salvini seçkilərdə qalib gələcəyi təqdirdə Avropadakı istehsalçıların gəlir qazanmasına mane olan razılaşmalara yenidən baxacağını bildirərək, Türkiyəni nümunə göstərib. Türkiyənin qətiyyən Avropa olmadığını və olmayacağını iddia edərək söyləyib: "Nümunə göstərim: bizim üçün Türkiyə Avropa deyil və əsla olmayacaq... Avropa Komissiyası qəribə bir şəkildə Macaristan, Polşa, Avstirya, İtaliya kimi hökumətlərə sanksiyalar tətbiq elədiyi halda, xarici bir qüvvəyə neçə illərdir ki, milyardlarla avro hədiyyə edir və bu ölkə də bu pullardan bizim şirkətlərimizlə rəqabət eləmək üçün istifadə edir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}