TRAMP AVROPANI MOSKVANIN QUCAĞINA İTƏLƏYİR –“Suveren Avropa”nın təhlükəsizlik memarları ABŞ-a niyə etibar etmir? (TƏHLİL)

TRAMP AVROPANI MOSKVANIN QUCAĞINA İTƏLƏYİR –“Suveren Avropa”nın təhlükəsizlik memarları ABŞ-a niyə etibar etmir? (TƏHLİL)

 

Karlos Yarnuş

"El Pais” (İspaniya)

17 oktyabr, 2018-ci il

İspaniya qırıcılarının rus sərhədləri yaxınlığında Estoniyanın hava məkanında səhvən raket atəşi açmasından iki ay keçsə də, belə bir ciddi hadisənin təfərrüatları barədə hələ də ərtaflı məlumat yoxdur. Raketin parçaları da tapılmayıb. İnanılmaz olsa da, faktdır.

Gözlənilməz nəticələrlə birgə fəlakətə gətirib çıxara bilən bu hadisə İspraniyada müzakirələrə səbəb olmayıb. Liderlərdən heç birinə belə bir sual ünvanlanmayıb ki, NATO və Rusiya arasında daimi gərginlik bölgəsində yüzlərlə ispan hərbçisinin iştirakı nə qədər məqsədəuyğundur? Avropa artıq bu məsələ üzərində götür-qoy etməyə başlayıb: bəlkə Moskvanı düşmən kimi nəzərdən keçirmək əvəzinə onunla qarşılıqlı fəaliyyətə başlamaq lazımdır?

Ötən il iyulun 21-i Rusiyaya məxsus "Su-27” qırıcısı ölkənin müdafiə naziri Sergey Şoyqunun uçduğu təyyarəyə çox yaxınlaşan Amerikanın "F-16” hərbi təyyarəsini Baltik dənizi üzərində ələ keçirib. İki gün əvvəl Amerikaya məxsus 2 ədəd "RC-135” kəşfiyyat təyyarəsi ələ keçirilib. Ötən ay İspaniyanın "F-18” qırıcıları Rusiyanın "Su-24” təyyarəsini ələ keçirib.

Bu təhlükəli hadisələr Şərq və Qərq arasındakı ən gərgin sərhədlərdən birində baş verir. 2004-cü ildən bəri şəxsi qırıcıları olmadığı üçün Estoniya, Litva və Latviyanın hava məkanını müdafiə etmək məqsədilə yaradılan NATO Hava polisinin heyətində İspaniya HHQ-i – altı təyyarə və 130 hərbçi – məhz burada hərbi növbətçilik edir.

NATO-nun da qeyd etdiyi kimi, onların məqsədi "ildə 365 gün, sutkada 24 saat alyansın hava məkanının təhlükəsizliyini təmin etməkdir”. Moskvanın fikrincə, NATO heyətinin yerləşdirilməsi rus qoşunlarının yerdəyişməsini izləmək, məlumatları ələ keçirmək, Rusiyanın sərəncamında olan qüvvə və vasitələri qiymətləndirmək məqsədi güdür.

İspaniyanın da iştirak etdiyi daha bir NATO heyətinin Rusiya ilə sərhəddə yerləşdirilməsi qərarı 2016-cı il alyansın Varşavada keçirilən sammitində qəbul olunub. Bu, NATO-nun Krımın ilhaqına cavabı olub. Şimal sərhədində yerləşən və ümumi 4 min hərbçinin yer aldığı hərbi heyət taktiki, çoxmillətli 4 qrupdan ibarətdir. Kanada, Albaniya, Sloveniya, İtaliya və Polşa ilə birgə İspaniya Latviyaya 305 hərbçi, tank və raket göndərib.

Verilmiş halda, İspaniya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, söhbət "NATO-nun Şərqi Avropa üzvlərində son münaqişələrin doğurduğu qeyri-sabitliyin yayılmasına yol verməmək üçün müdafiə xarakterli gücləndirilmiş qabaqcıl iştirakdan” gedir. Bunu başa düşülən dilə tərcümə etməyə çalışacaq: AB-ə deyil, NATO-a qoşulmağa həmişə daha çox maraq göstərən Şərqi Avropa ölkələri Ukrayna münaqişəsindən sonra alyansdan tələb etməyə başlayıblar ki, Rusiya ilə onların sərhədlərini möhkəmləndirsin və Moskvanın Avropanın arxa həyətinə istənilən hərbi müdaxilə cəhdinə mane olsun.

Nəzəri olaraq soyuq müharibə 1989-cu il Berlin divarının sökülməsi ilə başa çatıb, lakin dinc şərait sadəcə bir neçə il davam edib, çünki ABŞ Rusiyanı öz təhlükəsizliyinə əsas potensial təhdid görməyə davam edib.

Moskva üçün təhlükə hissi daha aydın olub, çünki söhbət ərazi təhlükəsindən gedib. Ruslara qarşı durmaq üçün yaradılan NATO-nun sərhədləri yarım əsr Rusiyanın təsiri və nəzarəti altında olan ölkələr alyansa daxil olduqda Rusiyanın sərhədlərinə min kilometr yaxınlaşıb. Qərb Ukraynanı da udmağa çalışanda Moskva qəti şəkildə "yox” deyib.

ABŞ-ın məhz bu strateji yanaşması son əlli il ərzində Avropanı həmişə Moskva ilə qarşıdurmaya sürükləyib, mehriban qonşuluq münasibətlərinin inkişafına mane olub. Və budur, bu illər ərzində ilk dəfə alyansların, təhlükə və siyasi vektorların sürətli dəyişimi baş verir.

Donald Trampın dünya arenasında görünməsi bu dəyişikliklərdə əsas rol oynayıb. "Brexit”-i dəstəkləməsi və İranın nüvə sazişdən çıxması ilə Tramp kansler Angela Merkel (Angela Merkel) və prezident Emmanuel Makronun (Emmanuel Macron) dəfələrlə söylədikləri kimi, ABŞ-ın daha etibarlı müttəfiq olmadığını göstərib.

Ağ Ev sahibinin Vladimir Putinlə yaxınlaşması AB-də daha böyük narahatlıq doğurub. Müəyyən məqamda hətta əndişə yaranıb ki, iki dövlət öz aralarında Avropanın bazarlıq predmeti kimi adının hallandığı saziş əldə edə bilər.

Bu səbəbdən Avropada bir fikir geniş yayılmağa başlayıb. Düzdür, hal-hazırda onu çox az adam dəstəkləyir. Fikir ondan ibarətdir ki, AB nəinki böyük qonşu dövlət, eyni zamadan əsas neft və təbii qaz tədarükçüsü qismində çıxış edən Rusiya ilə yaxınlaşmağa çalışmalıdır.

Təsadüfi deyil ki, Avropanın müdafiə sahəsində müstəqilliyinin baş təşəbbüskarı Makron belə bir yaxınlığa çağıran ilk dövlət başçısı olub. Belə ki, "soyuq müharibənin baş çatmasının bütün nəticələrini” nəzərə almağın və Avropanın bütün hərbi ittifaqlarının əsaslandığı mexaniki yanaşmaları yenidən nəzərdən keçirməyin vaxtıdır.

Parisdə fransız səfirlərin qarşısında çıxış edən Makron qeyd edib ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin (Jean-Claude Juncker) haqqında bəhs etdiyi "suveren Avropa” təhlükəsizlik və müdafiə arxitekturasını yenidən nəzərdən keçirməlidir. O, bununla əlaqədar üç dəfə Moskvanın adını vurğulayıb, özü də müsbət tonda və kibertəhlükəsizlik, kimyəvi silah, ərazi münaqişələri, kosmik təhlükəsizlik və qütb zonalarının mühafizəsi məsələləri üzrə bu ölkə ilə dialoq başlatmağı təklif edib.

Şübhəsiz, təhlükəsizlik sahəsində bu yeni siyasət sürətli addımlarla irəliləyən Avropa üçün böyük əhəmiyyət kəsb edəcək. Cəmi bir il ərzində AB-nin mövcud olduğu 60 ildən daha çox nailiyyət əldə olunub. Yay aylarından sonra Müdafiə Sahəsində Qarşılıqlı Fəaliyyətin Gücləndirilməsi üzrə Komissiya (PESCO), Reaksiya üzrə Avropa Təşəbbüsü (İspaniya da daxil olmaqla 9 ölkə) yaradılıb, AB-nin müdafiə məsələləri üzrə ilk fondları işə başlayıb, Almaniya və Fransa yeni qırıcılar və tankların birgə hazırlanması ilə bağlı razılığa gəlib.

Müdafiə sahəsində strateji müstəqilliyin əldə edilməsi çərçivəsində Makron bildirib ki, tezliklə AB-nin yaradılması üzrə sazişin 42-ci maddəsində qeyd olunan AB ölkələrinin birgə müdafiəsi üzrə konkret təkliflərlə çıxış edəcək. İlk və son dəfə bu maddə 2015-ci ilin noyabr ayı Parisdə baş verən terror aktlarından sonra xatırlanıb.

Bu, hazırda AB-nin əsas ölkələrinin dəstəklədiyi tarixi məqsədə – öz suverenliyini qorumaq qabiliyyətinə – nail olmağa yönəlib. Fransa prezidenti təkrarlayıb ki, Avropa daha öz müstəqilliyini ABŞ-a etibar edə bilməz. Və burdan çıxan nəticələrdən biri tamamilə aydındır: Rusiya bizim qonşumuz, tərəfdaşımız, potensial müttəfiqimizdir, amma düşmənimiz deyil.

ABŞ-ın Avropadakı ən yaxın müttəfiqi Böyük Britaniya da kursunu dəyişməyə başlayır. Rus agentlərinin bu ölkədə törətdiyi zəhərlənmə hadisəsinə baxmayaraq, Tereza Meyin (Theresa May) Moskva ilə "bir gün sıx əlaqələri bərpa etmək” zərurəti barədə bəyanat verməsini başqa cür izah etmək mümkün deyil.

Bu dəfə yalançı Tramp avropalıların gözünü açıb. Artıq İspaniya bu haqda açıq şəkildə danışmağa başlaya bilərmi? Vaxt yetişməyibmi? Səhvən yenə kimsə raket buraxana kimi bu barədə müzakirələr nə qədər tez başlasa, bir o qədər yaxşıdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}