8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp deyib: "Bizim bir çox düşmənimiz var. Ticarətdə bizə elədiklərini nəzərə aldıqda, Avropa İttifaqının bizə düşmən olduğunu düşünürəm. Siz bunu Avropa İttifaqından gözləməsəniz də, onlar düşməndirlər”. Prezident bu sözləri Putinlə Helsinki görüşündən əvvəl CBS televiziyasına müsahibəsində deyib.
"Bu onların rəqabətçi olduqlarını göstərir”
Çini, iqtisadi olaraq, Rusiyanı da müxtəlif şəkillərdə "düşmən” kimi təqdim edən Tramp deyib:"Lakin bu onların pis olduqları demək deyil, onların rəqabətçi olduqlarını göstərir”.
Avropanı niyə düşmənlərin siyahısında birinci cərgəyə qoyduğu sualının cavabında Tramp Avropanı da digərləri ilə birlikdə sadaladığını, Avropa ölkələrinin ABŞ-dan bəsləndiyini, lakin bu ölkələrin əksəriyyətinin NATO çərçivəsindəki öhdəlikləri yerinə yetirmədiklərini bildirib.
Tramp ötən həftə NATO sammitində iştirak eləmək üçün Belçikanın paytaxtı Brüsseldə rəsmi səfər edib. Sonra Londonda olub, bu gün isə Helsinkidə Putin ilə görüşəcək.