Fəlsəfə və Hüquq İnstitutunda qeyri-hüquqi əməliyyatlar

Fəlsəfə və Hüquq İnstitutunda qeyri-hüquqi əməliyyatlar

 Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarında büdcə vəsaitlərinin istifadəsində mənimsəmə hallarının olması haqqında məlumatlar zaman-zaman səslənib. Belə məlumatlardan biri də redaksiyamıza daxil olub. Məlumata görə, Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda dəftərxana ləvazimatlarının satın alınması adı altında hər il bir neçə min manat büdcə vəsaiti faktiki olaraq mənimsənilir. İddiaya görə, Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə Ədalət Əsgərov adlı şəxslə əlbir olaraq 8 min manat arasında büdcə vəsaitini dəftərxana ləvazimatının alınması adı altında "xərcləyib”. Bundan başqa 8 min manat da Orucəli Quliyevə məxsus Yardimli rayonu, Astanlı kəndində qeydiyyatda olan "İnter Trans 2016” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə "xərclənib”. Guya ki, 8 min manat büdcə vəsaitinin əvəzində Fəlsəfə və Hüquq İnstitutu Yardimli rayonu, Astanlı kəndində yerləşən bir şirkətdən avadanlıqlar alıb. Bütün  bu əməliyyatlar büdcə vəsaitlərinin mənimsənilməsi əməliyyatına çox bənzəyir. Buna görə də, bu əməliyyatlarla bağlı daha geniş araşdırma aparmağa çalışırıq. Bu zaman Yardimli rayonu, Astanlı kəndində yerləşən "İnter Trans 2016” MMC-nin hansı avadanlıqların idxalı və istehsalı ilə məşğul olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq. Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin də məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.

 

V.Ramizqızı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}