Kişini Azərbaycana deportasiya etdilər, arvadı və uşaqları küçələrdə qaldı

 

Aktauda Tacikistan vətəndaşı Tuxfə Xocayeva üç uşağı ilə birgə mıxılmaz vəziyyətdə qalıb. Onun tikinti sahəsində çalışan və Azərbaycan vətəndaşı olan əri Bakıya deportasiya olunub.

"Novosti Aktau” nəşrinin yazdığına görə, Tuxfə Xocayeva azərbaycanlı əri ilə birgə təxminən üç il əvvəl işləmək üçün Bakıdan Aktauya gəlib. Əri tikinti sahəsində işləyib, Tuxfə isə ev işlərinə baxıb.

Məlumata görə, tezliklə Tuxfə ikinci dəfə hamilə qalıb, qız uşağının doğulmasından sonra ailənin çətin günləri başlayıb.

"Gənc ananın dediyinə görə, bütün bəlalar pulsuzluğa görə olub. Ailə tez-tez yaşayış yerini dəyişib, belə ki, ev sahibləri güzəştə getmək niyyətində olmayıblar. Kirayə pulunu ödəyə bilməyən cütlük ev sahiblərinə sənədlərini girov qoyub. Sənədləri tükəndikdən sonra ailə küçələrə düşüb”, – deyə nəşr yazır.

"Mən bundan sonra nə edəcəyimi bilmirdim. Hər məsələdə ərimə bel bağlayırdım, o həmişə deyirdi ki, pul gələnə qədər dözmək lazımdır. Ancaq pul əvəzinə, borc üstünə borc gəlirdi”, - deyə Tuxfə Xocayeva bildirib.

Qadın uşaqları ilə birgə ərinin işlədiyi tikinti sahələrindən birində olan kiçik vaqonda məskunlaşıb. O, sahənin təmizliyi və yemək hazırlamaqla məşğul olub. Üçüncü dəfə ana olacağını öyrənəndə, Tuxfə "Ümid evi” sığınacağına müraciət edib, belə ki, onun dediyinə görə, vaqonda yaşamaq artıq mümkün olmayıb.

"Təxminən bir həftədən sonra ərim gəlib məni apardı. O bizə mənzil tutdu, ancaq özü işdə gecələməli olurdu. Ev sahibi mənzildə qalmağımıza görə haqq istəyənə qədər hər şey belə davam etdi. Sonra...Nə edəcəyimi bilmirdim, əşyalarımı toplayıb, həyat yoldaşımın tikintidəki iş yerinə yollandım. Amma o orada yox idi. Orada çalışan dostları və həmkarları onun Bakıya getdiyini söylədilər”, - deyə qadın bildirib.

Sonradan məlum olub ki, Tuxfənin ərini Azərbaycana deportasiya ediblər. Onun Qazaxıstan ərazisində qanunsuz olaraq yaşaması faktı üzrə məhkəmə prosesi səkkiz aya yaxın davam etsə də, onu bu barədə heç kimi məlumatlandırmayıb.

Azyaşlı uşaqları ilə küçələrə düşmüş, hamilə qadın çıxılmaz vəziyyətdə qalıb. Xoşbəxtlikdən xeyirxah insanlar ona və uşaqlarına müvəqqəti sığınacaq verib. Qadın öz sənədlərini qaytarmağa cəhd etməyi qərara alana qədər bir neçə gün onlarda qalıb.

Həmin anlarda başqa bir xeyirxah insana – onu aparan taksi sürücüsünə rast gəlib. Taksi sürücüsü onun halına acıyaraq, Tuxfənin müxtəlif mənzillərdə girov saxladığı sənədlərin qaytarılması üçün köməklik göstərir. Qadın ümid edir ki, yaxın gələcəkdə öz sənədlərini geri qaytaracaq, daha sonra pul yığıb evə qayıdacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}