18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Dünyanın müxtəlif ölkələrində keçirilən futbol turnirlərin məhsuldarlıq üzrə cədvəli açıqlanıb. Siyahıda ümumilikdə 287 yarış yer alıb.
Azərbaycan Premyer Liqası az qolun vurulması ilə diqqət çəkir. Çempionatımız cədvəlin 216-cı pilləsindədi. Premyer Liqada orta məhsuldarlıq 2,34-ə bərabərdi.
Belə ki, 17 turda baş tutan 68 qarşılaşmada 159 qol vurulub. Bu nəticə ölkəmiz üçün son illərlə müqayisədə rekorddu.
Məsələ burasındadır ki, 2015/16 və 2016/17 mövsümlərində Azərbaycanda daha az qol qeydə alınıb. Ötən il 2,25, ondan öncə 2,17-yə malik Premyer Liqa artıma nail olmağı bacarıb. İndiki 2,34-ə bərabər göstərici son 10 ildə 4-cü nəticənin də təkrarıdı. (APA)