ABDULLAH GÜLÜ ÖLDÜRMƏK İSTƏYİBLƏR? –Xanımının sözlərinin yer aldığı sensasion yazı naməlum səbəbdən silindi

ABDULLAH GÜLÜ ÖLDÜRMƏK İSTƏYİBLƏR? –Xanımının sözlərinin yer aldığı sensasion yazı naməlum səbəbdən silindi

 

Türkiyənin "Milliyet” qəzetində dünən dərc olunan Talat Atillanın "Gülün xidməti maşınında zəhərli qaz şübhəsi” başlıqlı yazısı bu gün qəzetin saytından silinib.

Sozcu.info xəbər verir ki, həmin yazıda keçmiş prezident Abdullah Gülün xanımı Hayrünnisa Gülə istinadən sensasion iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, sabiq prezidentə dövlət tərəfindən ayrılmış xidməti maşında narahatedici qoxular gəlib və bu səbəbdən Gülün xanımı sürücüyə belə təlimat verib:"Abdullah  bəy maşından hər düşdükdən sonra sərxoş kimi olur. Maşın hərəkətdə olarkən sanki içəriyə zəhərli qaz verilir. Həyat yoldaşımı öldürmək istəyənlər ola bilər. Abdullah bəy belə şeyləri diqqətə almaz. Buna görə ona söyləmədən maşına yaxşı baxdırın”.

Bu yazının hansı səbəbdən, yaxud kimin tələbi ilə saytdan qaldırıldığı haqda isə heç bir məlumat verilmir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}