Türkiyə seçkilərinə dair 9 səbəb və 3 ssenari:Abdullah Gülün sükutu hələ çoxmu çəkəcək? - TƏHLİL

Türkiyə seçkilərinə dair 9 səbəb və 3 ssenari:Abdullah Gülün sükutu hələ çoxmu çəkəcək? - TƏHLİL

 

İbrahim Fərahani

"Mehr” (İran)

 

Rəcəb Tayyip Ərdoğan prezident və parlament seçkilərinin iyunun 24-də keçiriləcəyini elan edib. Bundan bir gün əvvəl MPH lideri Dövlət Bağçalı hökumətə avqustun 26-da növbədənkənar seçki keçirilməsi çağırış edib.

Türkiyədə prezident seçkiləri 2019-cu il noyabrın 3-də baş tutmalı idi. Lakin Ərdoğan paradoksal dönüş və duruşu ilə tanınır, odur ki, bir daha türk cəmiyyətinə şok yaşatdı.

Bəs erkən seçkilərin əsas səbəbləri nədir?

Bəzi ekspertlər hesab edirlər ki, ümumi siyasi, iqtisadi və sosial vəziyyətdən doğan səbəblər Ərdoğanı belə bir qərar qəbul etməyə məcbur edib.

  1. Milli valyutanın məzənnə itkisi.

Yeni il başlayandan türk lirəsinin dəyəri ABŞ dolları ilə müqayisədə 10% geriləyib. Doğrudur, AKP iqtidarı türk xalqının maddi rifahını yaxşılaşdırıb. Lakin bu artıq ötən seçki dövrlərinə şamil haldır. İqtisadiyyat hazırda Ərdoğanın sosial bazasının Axilles dabanıdır. Qərbin, xüsusilə ABŞ-ın təhdidləri Türk iqtisadiyyatını hədəfə alıb.

  1. Müxalifətin birləşməsinin qarşısını almaq.

Ərdoğanın əsas rəqibləri CHP, "İyi Parti” və HDP-dir. Hələlik bu siyasi qurumlar Ərdoğana qalib gəlmək üçün heç bir koalisiya yaratmayıblar.

  1. Suriyadakı üç yeni inkişaf.

Suriyada Qərbin birbaşa iştirakı ilə Əsədi devirmək və Rusiyanın, xüsusilə də İranın təsirini azaltmaq "Astana bloku”nun yaranmasına səbəb olub. Türkiyənin kəskin dönüşü və Ankarada üçlüyün zirvəsindən sonra anlaşılır ki, Ərdoğan proseslərin gedişindən başa düşüb ki, başda Tramp olmaqla, Qərbin yeni inkişaflar planları var və Türkiyə artıq Suriya torpağında müttəfiq rolunu oynamır.

  1. Rəy sorğularının nəticəsi.

Türkiyədə keçirilən son məhdud seçki sorğularında "Ədalət və İnkişaf” və "Milliyyətçi Hərəkat” partiyaları koalisiyasının 50%+1 səs səddindən aşağı göstəriciyə malik olduğu aydınlaşıb. Ərdoğan bu göstəricini artırmaq üçü vaxt-vədənin yetişdiyini düşünür. Konstitusiyaya əlavə və düzəlişlərinə dair (19 aprel) referendumda Ərdoğan cüzi səs nisbəti ilə parlament sisteminin dəyişdirilməsinə nail olub. Bu onu göstərir ki, proqnozunun xilafına, daxili və regional proseslər Ərdoğanın nəfinə deyil və hadisələrin bu sayaq gedişi qazanılacaq səslərin artmasına yox, uğursuzluğa doğru aparır.

  1. "Zeytun budağı” əməliyyatı.

Rusiyanın yaşıl işıq yandırması ilə həyata keçirilən və Afrin kantonunda hökmranlıqla bitən əməliyyat Ərdoğan üçün böyük qələbə idi və türk ictimaiyyətinə Suriyaya dair əvvəlki uğursuz xarici siyasəti unutdurub. Həm də kürd partiyası HDP istisna olmaqla, bir sıra müxalifət partiyaları da "Zeytun budağı”nı dəstəkləyib. Cənub sərhədlərinin təhlükəsizliyini təmin edilməsi üçün Mənbic, Kobani və Cərablusun "təmizlənməsi” daha çətindir və ABŞ-la müzakirə edilməlidir.

  1. İranın İdlib əyalətinin terrorçulardan qurtulması bəyanatı.

Bu çağırışla bağlı Ərdoğanın proqnozu budur ki, müttəfiq qüvvələrin növbəti əməliyyatı Türkiyəni Rusiya və İranla üz-üzə gətirəcək. İdlib əyaləti bu gün Suriyanın hərbi düşmənlərinin cəmləşmə məkanıdır və Türkiyənin bu əyalətdə hərbi bazaları var. Türkiyə ümid edir ki, NATO-nun son raket həmlələrinə bənzər bir şəkildə (həm də Qərbin yeni raket törətməsini dəstəkləməsindən sonra) İdlib əyalətində əməliyyat keçirə bilər. Bu əməliyyat 2015-ci ildə Rusiya hərbi təyyarəsinin vurulması ucbatından həyata keçməyib. Amma bu dəfə NATO-dan dəstək alına biləcəyi güman olunur. Üstəlik, Ərdoğan əmindir ki, Qərb onun yeni prezidentlik seçimini dəstəkləyəcək, rəqibləri isə uğursuzluğa düçar olacaqlar.

  1. Türkiyədə fövqəladə vəziyyətin (OHAL) uzadılması.

OHAL-ın uzadılmasına Avropa İttifaqı səssiz qalıb. (Aİ çevriliş faktını və "FETÖ”-nun terror təşkilatı olduğunu tanıyıb – tərc.) 15 iyul 2016-cı il tarixli uğursuz hərbi çevrilişdən sonra bu vəziyyət hər üç aydan bir yenilənir. Fövqəladə vəziyyətdə qeyri-adi gücə sahib olan Ərdoğan müxalifət, vətəndaş cəmiyyəti təmsilçilərini sıxışdırmaq və ya həbs etmək üçün fürsət qazanıb. Mövcud vəziyyətdə OHAL-ın daha da uzadılması Ərdoğanın marağına uyğun deyil.

  1. Tarixi paralel.

Bu seçkilər Osmanlı İmperiyasının sonu və Türkiyə Respublikasının quruluş tarixinə bənzədilir. Parlament sisteminin prezidentlik üsul-idarəsi ilə dəyişdirilməsi artıq parlamentin iştirakı olmadan güclü bir sistem kimi səciyyələndirilir. O, Ərdoğanın 2014-cü ildən bu yana prezidentliyə gəlməsi ilə baş verib, amma qanunidir. AKP-nin qələbəsi halında, Türkiyə felən 2029-cu ilədək rəhbərliyi qanuni olaraq əlində tutacaq Ərdoğan kimi avtoritar bir şəxslə yeni mərhələyə daxil olacaq. Bu idarəetmə şəkli keçmişdən miras qalan Yaxın Şərq üsul-idarəçiliyinə çox bənzəyir.

  1. Ərdoğanın məğlubiyyəti ssenariləri.

Bu, bir neçə halda mümkündür:

Birincisi, seçkilərin ilk raundunda müxalif partiyaların konsensusu buna hesablanır ki, bir və ya bir neçə namizəd arasından ən çox səs qazanan Ərdoğana qarşı vahid namizədə çevrilir;

İkincisi, Ərdoğanı məğlub etmək üçün Qərbin dəstəyi qazanılır, iqtisadi və siyasi sanksiyalar işə salınır.

Üçüncüsü, AKP-nin namizədi əleyhinə AKP-nin topladığı səsləri qazana biləcək sabiq prezident Abdullah Gül, müxalifət partiyaların konsensusu əsasında, yeganə və vahid namizəd olur.

Abdullah Gülün seçkidə iştirakı ssenarisi Ərdoğanın məğlub edilməsinə dair ən güclü ehtimaldır, amma Gül hələ sükutu pozmur.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti