18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Bu gün Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsinin növbəti iclası keçirilib.
Sozcu.info xəbər verir ki, iclasda uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
Tənzimləyici qurum bəyan edib ki, ötən ay Gürcüstanda illik inflyasiya 7% təşkil edib, nominal effektiv məzənnənin azalması və digər amillər inflyasiyaya əhəmiyyətli təsir göstərib. Bu ildən qiymət artımının illik tempinin azalacağı gözlənilir.
Monetar Siyasət Komitəsinin növbəti iclası martın 18-də keçiriləcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı qonşu ötən ilin sentyabr ayından başlayaraq pul siyasətini sərtləşdirməyə başlayıb, uçot dərəcəsini 6,5%-dən 9%-ə çatdırıb.