Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

 

Bu günlər Bakı Uşaq Teatrı Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət teatrının və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvəti ilə Dərbənd şəhərinə qostrol səfəri etmişlər. Bakı Uşaq Tetrının kollektivi bu səfər çərcivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının  kollektivi ilə birgə hazırladığı  "Yuxular kompozisiyasını” tamaşaçılara təqdim etmişdir. Tamaşadan əvvəl Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov  şəhər sakinləri adından  Bakı Uşaq Teatrının artistlərinə bu səfərə görə öz təşəkürünü bildirərək, onlara yeni yaradıçılıq uğurları arzulamışdır. Dərbənd şəhər administrasiyasının rəhbərinin müavini Vidadi Zeynalov: "Şair Nəsiminin vəfatından artıq neçə illər keçib, lakin onun yaradıcılığı insanları biganə qoymur, düşünməyə vadar edir. O, özündən sonra böyük irs qoyub getmişdir. İndiki gənclər belə insanlardan nümunə götürməlidirlər", - deyə vurğulayıb.  Kompozisiyaya baxdıqdan sonra Mədəniyyət və Turizm şöbəsinin baş mütəxəssisi Gülpəri Mirzabalayeva dahi Azərbaycan şairi və mütəfəkkiri  Nəsiminin poeziyasına bir daha yada salındığına görə qonaqlara təşəkkür etmişdir. Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan oz növbəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, artist Sərxan Səmədova diplomlar təqdim edərək, kollektiv adından dərbəndlilərə minnətdarlıq etmişdir.Tədbirdə çıxış edən Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıq edərək, xalqlarımız arasında dostluq və mədəni əlaqələrin təşəkkül tapmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rolunu qeyd etmişdir.

A.Məmmədli,

"Yeni Sözçü”qəzeti

Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

Dərbənddə Bakı Uşaq Teatrı Nəsiminin 650 illiyinə həsir olunmuş “Yuxular Kompozisiyasını” təqdim edib- FOTO

 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}