Rusiyanın Krasnodar diyarında, "Kazaklar ağlayanda, ermənilər mahnı oxuyurlar» ermənilərin simvoluna cevrilib

Rusiyanın Krasnodar diyarında, "Kazaklar ağlayanda, ermənilər mahnı oxuyurlar» ermənilərin simvoluna cevrilib

 Erməni lobbisi Rusiyada artıq özlərini  Şimali Qafqazın "sahibləri" hiss eməklə yanaşı, demək olar ki, açıq şəkildə rusları, xüsusilə Kuban kazaklarını istehza edirlər. Bundan sonra Kuban kazaklarının və bu torpaqların  "əsl atamanlarının"  və sahiblərinin ermənilər olduğunu onlara anlatmağa calışırlar. Bu məqsədlə də, Sputnik-Ermənistan agentliyi öz səhifəsində "Ermənilər oxuyan zaman Kazaklar ağlayı" adlı məqalə yerləşdirib. Həmin məqalədə, Agentliyin rəhbəri Marqarita Simonyan mahnı oxuyan ərini "Ataman” libasında göstərir. Yazıda tanınmış rejissor və televiziya aparıcısı Tiqran Keosayan Kazak ansamblı ilə birlikdə Krasnodar diyarının himnini oxuduğu bildirilir. Elə bu münasibətlə, Rusiyanın "RT və Sputnik agentliyinin baş redaktoru Marqarita Simonyan Instagram abunəçiləri ilə öz təəssüratlarını bölüşərək, həyat yoldaşı Tiqran Keosayanın, Kazak ansamblı ilə birlikdə mahnı oğuduğu şəkli yerləşdirərək, belə bir şərh yazıb: "Kubanda belə bir anekdot var: " Nə zamana Kazaklar ağlayır?"-Onda  Ermənilər oxuyur: "Kuban, Sən bizim Vətənimizsən...".

 

Bu münasibətlə, bir məsələni qeyd etmək lazımdır ki, 150 il əvvəl Kuban kazaklarının və zaporjı hərbicilərinin ağıllarına belə gəlməzdi ki, nə vaxtsa ermənilər özlərinə "kazak atamanı” obrazını yaradacaqlar. Üstəlik, kazaklar tərəfindən digər xalqlardan alınmış və "təmizlənmiş" ərazilərdə bu gün ermənilər öz "vətəni"kimi mahnı qoşub oxuyacaqlar. Amma indi Kubanda erməni propaqandistləri tərəfindən belə simvolik bəyanətlərıin  səsləndirilməsi, öz özlüyündə Kubanda yaşayan ruslar, ukraynalılar tərəfindən məqbul kimi qəbul edilir. O cümlədən Kuban kazaklarının erməni lobbisinin əsl əsarətı altında olduğunu gösrərir. Görüntüyü kimi bu da, hələ son hədd deyildir. Çünki Krasnodar diyarının bütün iqtisadiyyatı ermənilərin əlindədir. Bəzi məlumatlara görə, burada erməni icmasının sayı artıq 1 milyondan çoxdur. Butün bunlar onu göstərir ki, həqiqətən elə vaxt gəlib catıb ki, Marqarita Simonyan, iztehza ilə kazaklar ağlayanda, ermənilərin mahnı oxuduqlarını və özgə torpaqlarının sahibi olduqlarını deyə bilir.

 A.Məmmədli,

     "Yeni Sözcü”

 

   

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}