İlham Əliyev fəxrimizdi- sumqayıtlılar...

İlham Əliyev fəxrimizdi- sumqayıtlılar...

 


 

Müstəqil Ekspert Qrupumuz prezident seçkilərindən öncəki prosesi davam etdirir. Qrupumuz Bakı şəhərinin  Yasamal, Binəqədi, Səbail, Nəsimi, Nərimanov rayonlarında və Şirvan şəhərinin ümumilikdə 100-ə yaxın seçki məntəqələrində seçki öncəsi prosesin səviyyəsini izlədikdən sonra Sumqayıt şəhərinin 20-dən çox məntəqəsində müşahidəlr, monitorinqlər və mini sorğular apardı.  

 

Müşahidələrimiz göstərdi ki, bütün məntəqələrin seçki gününə hazırlığı qənaətbəxşdir. Məntəqələrin hamısında seçici siyahıları hazırdır, seçki kabinalarının əksəriyyəti quraşdırılıb, bildirişlər yazılması prosesi tamamlanmaqdadır. 

Seçki məntəqələrinin əksəriyyətində müşahidəçilər müəyyənləşdirilib, internet vasitəsilə seçkilərin dünyanın istənilən nöqtəsindən izlənməsinə imkan verən kameralar quraşdırılıb.

 

Mən özüm 2005-ci ildə Sumqayıt şəhərindən deputatlığa namizədliyimi irəli sürmüşdüm və Sumqayıtda xüsusi iqtisadi zonanın yaradılması, günəş panellərinin istehsalı zavodlarının quraşdırılması və s. əhatə edən geniş proqramla çıxış etmişdim. O zaman təkliflərim çox müsbət və maraqla qarşılanmışdı. Qeyd etməliyəm ki, Sumqayıtda xüsusi iqtisadi zonanın yaradılması ideyası BMT-nin əvvəllər Azərbaycanda rezident əlaqələndiricisi olan Paolo Lembo tərəfindən irəli sürülmüşdü. Sumqayıtda  xüsusi iqtisadi zonanın yaradılması ideyası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirmişdi. Heydər Əliyev Sumqayıtda xüsusi iqtisadi zona üçün proqramın yaradılması işini də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Paolo Lemboya tapşırmışdı. Ona görə mən Paolo Lembo ilə bir neçə dəfə görüşdüm. Sumqayıtda xüsusi iqtisadi zona çərçivəsində mənim alternativ energetika sənayesinin yaradılması haqqında proqramımı onunla müzakirə etdim. O zaman Paolo Lembo proqramımı yüksək dəyərləndirdi və dedi ki, o bu haqda Prezident Heydər Əliyevə məlumat verəcək. 

Mən çox şadam ki, alternativ energetika sahəsində 2005-ci ildə irəli sürdüyüm proqramımın bir hissəsi həyata keçirilir. Bu gün Sumqayıtda günəş panelləri istehsal edən Texnopark fəaliyyət göstərir.

 

Ona görə də Sumqayıt şəhərində seçkiöncəsi prosesin müşahidələrindən əlavə ölkəmiz üçün əhəmiyyətli bir sorğu da apardıq.

Sualımız belə idi: Sumqayıt şəhərinin iqtisadiyyatını yüksəltmək və yeni iş yerləri yaratmaq üçün nə təklif edirsiniz?  Sualımıza maraqlı cavablar verildi:

1.Sumqayıt  SSRİ-nin güclü sənaye şəhərlərindən biri olub. Sovet dönəmindəki zavodları dövrün tələblərinə uyğun olaraq müasirləşdirmək lazımdı. 

2.Sumqayıtdakı texnoparkların sayını artırmaq və olanların da həcmini genişləndirmək lazımdı.

3.Prezidentimiz Sumqayıt şəhərində iş yerləri, yeni texnoparklar və sənaye sahələri yaradır. 

4.Sumqayıtın İcra Başçısı Zakir Fərəcov Prezidentimiz İlham Əliyevin tapşırıqlarını layiqincə yerinə yetirir.

5. İlham Əliyev fəxrimizdi. Sumqayıtdakı iş yerlərini İlham Əliyev yaradır. Sumqayıt hamılıqla İlham Əliyevə səs verəcək! 

 

 

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}