Sahil Babayevdən ŞAD XƏBƏR: Şəhid ailəsi və əlilliyi olan şəxslərə...

Sahil Babayevdən ŞAD XƏBƏR: Şəhid ailəsi və əlilliyi olan şəxslərə...

 

"2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.  
Sozcu.info  apa-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: "Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.
Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfər qalacaq: "Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}