Köhnə avtomobillərin idxal rüsumu artırıla bilər - “Normal təklifdir, amma iki şərtlə...”

Köhnə avtomobillərin idxal rüsumu artırıla bilər - “Normal təklifdir, amma iki şərtlə...”

 

Dövlət Gömrük Komitəsi müvafiq orqanlara müraciət edərək 2020-ci ildən istehsal müddəti 7 ildən yuxarı olan avtomobillərin idxal rüsumunun artırılmasını təklif edəcək. Bu barədə qurumun rəhbəri Səfər Mehdiyev çərşənbə axşamı keçirilən mətbuat konfransında məlumat verib.

O, bunu "ölkədəki ekoloji vəziyyətin yaxşılaşdırılması”nın vacibliyi ilə izah edib. Eyni zamanda deyib ki, gömrük istehsal müddəti həmin ildən aşağı olan avtomobillərə rüsumun azaldılmasının əleyhinə deyil.

 Təklifi "AzPolitika.info”-ya şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, Səfər Mehdiyevin açıqlamasına normal baxır, amma iki şərtlə: "Birincisi, əgər ekoloji məsələ belə önəmlidirsə, istismar müddəti 3 ili ötməyən, mühərrik həcmi 1500 m3-dək olan daxili yanma mühərrikli avtomobillərin gömrük vergi yükü ən azı indikinə nisbətən 2 dəfə azaldılsın. İkincisi, həm hibrid, həm də elektromobillərin idxalı 0%-li vergi rejiminə keçirilsin. Hələ başqa təklif də deyərdim, hansı ki, bəzi ölkələrdə uğurla sınaqdan çıxarılıb, məsələn, Norveçdə. Söhbət elektrik avtomobilləri gətirən şəxslərə dövlət büdcəsindən subsidiyanın verilməsindən gedir. Sonuncuni etməsələr də, ən azından əvvəlki iki təklif reallaşmalıdır”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}