Xalqın İçində: Cənab Prezidentin Ad Günlərini Azad Ərazilərdə Keçirmə Ənənəsi

Hər bir liderin xalqı ilə olan bağları ən səmimi və özəl anlarda özünü göstərir. 24 dekabr tarixi Liderin xalqla birliyinin nümayiş olunduğu mənəvi bir gündür. Cənab Prezident İlham Əliyev illərdir formalaşdırdığı bir ənənə ilə doğum günlərini dəbdəbəli mərasimlərlə deyil, sadə vətəndaşlarla, köçkünlərlə və əsgərlərlə bir yerdə keçirir. Vətən müharibəsindən sonra isə bu coğrafiya Şuşaya, Xankəndiyə və Hadruta köçüb. Bu davranış modeli Ulu Öndərin "mən hər bir azərbaycanlının yanındayam" fəlsəfəsinin ən bariz təzahürüdür.

Cənab Prezidentin ad günlərində yeni hərbi hissələrin açılışında iştirak etməsi və ya köçkün ailələri ilə çay süfrəsi arxasında söhbət etməsi bir xalqın öz Liderinə olan inamını daha da möhkəmləndirir. O, bu günlərdə həm də xalqa öz fəaliyyətinin hesabatını verir. Xankəndidə verdiyi tarixi səsvermə ilə cənab Prezident göstərdi ki, Azərbaycan artıq bütövdür. Onun bu səmimiyyəti və sadəliyi xalqın ona olan etimadının əsas sütunlarından biridir. Kollektivimiz üçün də bu səmimiyyət və xalqa xidmət hər zaman bir örnəkdir.

Cənab Prezidentin hər zaman xalqın arasında olması Azərbaycanı böyük bir ailəyə çevirib. Biz də bu ailənin üzvləri olaraq hər zaman onun arxasındayıq. Bu böyük səmimiyyətlə də doğum günü təbriklərimizi çatdırırıq.

Müzəffər Ali Baş Komandan, cənab Prezident! Doğum gününüz münasibətilə kollektivimiz Sizi ən səmimi hisslərlə təbrik edir. Sizin ad gününüzü azad edilmiş torpaqlarımızda, qəhrəman əsgərlərimizlə bir yerdə qeyd etməyiniz hər birimizə mənəvi güc verir. Ulu Öndərin yolunu layiqli davam etdirən Lider kimi Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və dövlətimizin nurlu gələcəyi naminə fəaliyyətinizdə daim zəfər dolu illər arzulayırıq! 

İxdiyar Nəcəfov

Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin sədri 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti