Heydər Əliyevin abidəsini ucladan memarın EVİ ƏLƏ KEÇİRİLİB - II HİSSƏ

Heydər Əliyevin abidəsini ucladan memarın EVİ ƏLƏ KEÇİRİLİB - II HİSSƏ

 

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə "Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindənSozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) "Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən "Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucladan_memarin_evi_l_keirilib)

Onu da qeyd edək ki, o, bu hərəkətlərindən çəkinməyərək Konstitusiya Məhkəməsi Plenumundan və Ali Məhkəmə plenumundan sonra işin yeni apellyasiya baxışı dövründə təkrar özbaşınalıq edərək, həmin 37 saylı mənzilin Məmmədov Tofiq Yaqub oğlunun adına özəlləşdirilməsinə dair icra hərəkətlərini həyata keçirmişdir. Bu zaman Bakı Apellyasi Məhkəməsi Mülki Kollegiyasında "Memar-3” MTK-nin sədri Aidə Rəhimovanın bizə yönələn ilkin iddia tələbləri əvvəlki məhkəmə, qətnamə və qərarları ilə artıq baxılaraq ləğv və rədd edilmişdir və ali məhkəmə mülki kollegiyasının yekun qərarı ilə həmin məhkəmə qətnaməsi qüvvədə saxlanılmışdır. Işin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxıldığı zaman işə baxan kollegiyanın sədri M.Tağızadəyə ərizə verərək iddianın təmini-tədbirinə dair qərardad çıxarmaqla mənzilin üzərinə və reystr qeydinə həbs və ya məhdudiyyət qoyulmasını kollegiyadan xahiş etsək də, onlar bundan imtinaya dair qərardad qəbul etdilər. Məhkəmə kollegiyasının məqsədli şəkildə və bilərəkdən "Memar-3” MTK-nın sədri A.Rəhimovanın və onun mütəşəkkil dəstəsinin göstərişlərini icra etməsi onunla nəticələnmişdir ki, bizə mənsub 37 saylı kooperativ mənzil həmin tarixlərdə dövlət reystr xidmətində qanunsuz və əsassız özəlləşdirmə aparılaraq Məmmədov Tofiq Yaqub oğlunun adına mülkiyyətə dair çıxarış əldə edilmişdir.

Bu faktlar bizə məlum olduqdan sonra "Memar-3” MTK-nın sədri A.Rəhimovanın rəhbərlik etdiyi mütəşəkkil dəstənin fəaliyyəti barədə bütün dövlət və hakimiyyət orqanlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Baş Prokuroru cənab Z.Qaralova və eyni zamanda cənab F.Məmmədova çoxsaylı ərizə, şikayət və teleqramlar göndərsək də, həmin şəxslər barəsində qanunun tələblərinə uyğun müvafiq tədbirlər görülməsinə dair etdiyimiz ərizə və müraciətlər nəticəsiz qalmışdır. Qəbullarda olaraq mənzilimizin geri qaytarılmasını həmin orqan, hüquq-mühafizə və digər təşkilatlardan tələb etsək də, Azərbaycan respublikası Prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə idarəsi (idarə rəisi, cənab K.Əliyev, şöbənin prokuroru, cənab N.Quliyev) qanunla ona həvalə edilmiş vəzifələri düzgün icra etmədiyindən kooperativ pay hüququ ilə tikdirdiyimiz 37 saylı mənzil təkrar olaraq həmin şəxslər tərəfindən 02.02.2013-cü il tarixdə dəstənin digər üzvü Məmmədov Elxan Məmməd oğluna 100.000 (yüz min) manata satılaraq, pul kütləsi ələ keçirilərək talanmışdır.

Faktların xronoloji ardıcıllığından belə müəyyən olunur ki, mahiyyət üzrə işə dair Konstitusiya Məhkəməsi plenumunun və Ali Məhkəmə Plenumunun qərarlarından sonra mütəşəkkil dəstə üzvləri (A.Rəhimova və başqaları) prinsipcə uduzduqlarını bildikdən sonra, bizə mənsub mənzilin ikinci dolayı yolla əlimizdən alınması planını quraraq icra etmiş və hazırda şərh edilən formada məhkəmə hakimərinin və prokurorluq əməkdaşlarının onlara şərait yaradması nəticəsində (birgə fəaliyyət göstərməklə) satılıb talanmasına rəvac vermişlər. Biz bu faktları bildikdən sonra öz hüquqlarımızı müdafiə və bərpa etmək üçün fevral 2012-ci il tarixdən başlayaraq mütəmmaddi olaraq "Memar-3” MTK-nın sədri Aidə Rəhimovanın bir qrup mütəşəkkil dəstə yaratmaqla bizə mənsub əmlakın ələ keçirilib talan olunmasının qarşısının alınması üçün Dövlət və hakimiyyət orqanlarına ölkə başçısı İlham Əliyevə, baş prokurora və cənab F.Məmmədov, Sizə dəfələrlə ərizə və müraciətlər ünvanlanlasaq da, 9 ildən çox müddətdə həmin orqanlar öz hərəkətsizliyi ilə mütəşəkkil dəstənin üzvlərini öz niyyət və planlarını həyata keçirməyə əslində dayaq duraraq, onların sərbəst fəaliyyətinə şərait yaratmışlar. Ötən həmin dövrdən 30 dəfə Azərbaycan Respublikasının Prezident Aparatında hüquq mühafizə orqanları şöbəsində qəbullarda olaraq, ərizələr vermiş və şəxsən məsul vızifə adamlarının qəbuluna düşmək üçün 20 dəfədən çox qəbul siyahısında adımız göstərilsə də, son nəticədə bir dəfə baş prokurorun birinci müavini cənab R.Usubov, bir qədər sonra isə şəxsən baş prokur Z.Qaralov bizi qəbul etdi. Bu zaman külli halda verilmiş şikayətlər Baş Prokurorluğun köməkçiləri V.Səmədov, Vüqar Quliyev, Orxan İsayevin icraatında olmuş, sonra isə ilkin şikayətlərin külliyatı Azərbaycan Respubliaksı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsnin prokuroru, ədliyyə müşaviri Nazir Quliyevin icraatında toplanmış material kimi araşdırılmış, lakin Konstitusiya Məhkəməsi Plenumunun qərarının məcburi göstərişlərinə zidd olaraq ona düzgün hüquqi qiymət verilməmiş, son dövrlər ilkin olaraq bizə məktubla qanunsuz və əsassız cavablar verməklə kifayətlənmişlər.

Bununla paralel, Azərbaycan Respublikasının ədliyyə naziri və məhkəmə Hüquq Şurasının sədri, cənab F.Məmmədova rəsmi teleqramlar və şikayətlər ünvanlasaq da, bir dəfə müavinlərdən biri bizi dinləmiş, işin Apellyasiya baxışı zamanı şikayətdə göstərilənlərin nəzərə alınaraq qanuni tədbirlər görüləcəyini bildirmişdir.

Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İ.Nağıyev 11 il ərzində ilk dəfə öz təşəbbüsü ilə məni çağırıb, dinləsə də, mübahisələndirilən 37 saylı kooperativ mənzil barədə öz maraqlarını təmin etməyi və iş barədə açıq-aşkar maraqlı olduğunu büruzə vermiş, guya işin qanuni əsasla baxılacağını vəd etsə də, qətnamədən göründüyü kimi, qanunsuz və absurd mülahizələrə istinadla əsassız olaraq Apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlinmişdir.

Onu da qeyd edək ki, şikayətimizin davam etdirdiyimiz dövr ərzində və baş prokurorluğun çox çətinliklə qəbulunda olduqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qanunsuz və əsassız 10 yanvar 2014-cü il tarixli 02/2-06 c saylı material üzə qərar qəbul edilmişdir. Bu qərardan yuxarı prokurora verdiyimiz şikayətlər bu günə kimi qanunauyğun tədbir görülmədən cavabsız saxlanılmışdır. Son günlər bizə məlum olmuşdur ki, bizim baş hüquq-mühafizə orqanlarına ünvamladığımız müraciət və ərizələr, eləcə də Prezident İlham Əliyevə ünvanladığımız şikayətlər onun icraatında olduğu dövrdə (cənab N.Quliyevin) bizə mənsub 37 saylı mənzil "Memar-3” MTK-nin sədri Aidə Rəhimova tərəfindən həmin tarixlərdə (fevral 2012) Məmmədov Tofiq Yaqub oğlunun adına saxta protokol və çıxarışla order alınmadan özəlləşdirilmiş və 02.02.2013-cü il tarixdə mütəşəkkil dəstənin rəhbəri Aidə Rəhimovanın təşkilatçılığı ilə Məmmədov Tofiq Yaqub oğlunun adından 37 saylı kooperativ mənzilimiz Məmmədov Elxan Məmməd oğlunun adına keçirilməsinə dair alqı-satqı müqaviləsi bağlanmış və şəxsi vəsaitimiz hesabına tikilmiş 37 saylı mənzilimiz dələduzluq yolu ilə 100.000 (bir yüz min) AZN manatına satılmış və pul vəsaiti ələ keçirilərək talanmışdır. Iş üzrə toplanmış materiallardan və sənədlərdən belə aşkar olur ki, bizim 37 saylı kooperativ mənzil barəsində mübahisələrin aparıldığı dövrdə qanunvericiliklə bu hərəkətlərin aparılmasının qadağan olunmasına baxmayaraq, iş Azərbaycan Respublikası konstitusiya məhkəməsinin icraatında, yeni apellyasiya baxışının icraatında və korrupsiyaya qarşı mübarizə idarəsinin icraatında olarkən "Memar-3”MTK-nin sədri Aidə Rəhimova özbaşınalıq, səlahiyyət həddini aşma, möhür və sənədlərdən qanunsuz istifadə, (2003-cü ildən kooperativin fəaliyyəti və hesab nömrələri bağlıdır) sənədlərin saxtalaşdırılması və son nəticədsə dələduzluq yolu ilə 1998-2003-cü illərdə ümumi-birgə nikah dövründə şəxsi vəsaitimiz hesabına pay hüququ ilə tikdirdiyimiz 37 saylı kooperativ mənzilimizi mütəşəkkil dəstə ilə birləşərək, formal görünüş yaratmaqla satıb, talamışlar. Bu işin real icra edilməsinə əlverişli şəraitin yaradılmasında baş prokurorluğun korrupsiya idarəsinin işi araşdıran prokuroru cənab Nazir Quliyevin müstəsna rolu olmuşdur. Halbuki o, icraatında olan iş üzrə "Memar-3” MTK-nin sədri Aidə Rəhimovanın qanusuz hərəkətlərinin qarşısını vaxtında almalı idi. Üstəlik, işə baxan məhkəmə hakimləri də öz fəaliyyətləri ilə ona şərait yaratdılar.

Hazırki şikayət onunla bağlıdır ki, mütəşəkkil dəstənin rəhbəri "Memar-3” MTK-nın sədri A.Rəhimova bu planları icra etdikdən sonra iddiaçı Məmmədov Elxan Məmməd oğlunun adından Bakı şəhəri, Yasamal rayon Məhkəməsində iddia qaldıraraq bizim 37 saylı kooperativ mənzildən çıxarılmağımızı 15.000 (on beş min manat) AZN ziyan əvəzi tələbinə dair qətnamə çıxarılmasını istəyir. Iş həmin məhkəmənin hakimi (möhtərəm A.Məmmədovun) icraatın baxışına başladıqda möhtərəm hakimə qarşıllıqlı iddia ərizəsi verərək, 37 saylı mənzilin ələ keçirilməsinə dair özəlləşdirmə sənədlərinin və ona dair çıxarışların etibarsızlığı və ləğvinə dair tələblər irəli sürsək də, məhkəmə hakimi göstərişləri, sifarişi, iş üzərində qərəzli olmasını rəhbər tutaraq həmin vaxt ondan imtinaya dair və ərizələrin geri qaytarılmasına dair (004)-992/2014 saylı 28 yanvar 2014-cü il tarixli qərardad çıxarmışdır. Hesab edirik ki, bu qərardad həmin məhkmənin sədri möhtərəm Ə.Cəfərovun və kənar mafyoz qüvvələrin təsiri altında qəbul edilmişdir.



Oxşar Xəbərlər

Xəbər lenti