İRAQ BAŞ NAZİRİNİN QOPARDIĞI TUFAN:İran mediası ABŞ sanksiyalarını dəstəkləyən İbadini hədəfə alıb - TƏHLİL

İRAQ BAŞ NAZİRİNİN QOPARDIĞI TUFAN:İran mediası ABŞ sanksiyalarını dəstəkləyən İbadini hədəfə alıb - TƏHLİL

 

"Əl-Monitor”

 

Baş nazir Heydər İbadinin "İraq ABŞ sanksiyalarına əməl edəcək” açıqlaması İran mətbuatı üçün sürpriz bəyanat olub.

İbadi avqustun 8-də keçirilən mətbuat konfransında deyib: "Prinsipial olaraq bölgədə sanksiyalara qarşıyıq. Blokada və sanksiyalar cəmiyyətləri məhv edir və rejimləri zəiflədir”.

O, ABŞ-ın qərarını "strateji səhv” adlandırıb, lakin İraqın "onlara tabe olacağını” da sözlərinə əlavə edib.

ABŞ-ın gecikmiş və şərti dəstəyi ilə müqayisədə, İraqın şimalında İŞİD terrorçu qrupunun yüksəlişindən sonra, 2014-cü ildə İranın İraqa təcili və qeyd-şərtsiz dəstək verdiyini nəzərə alaraq, İran mediası və sosial media istifadəçiləri İbadinin ABŞ sanksiyalarını dəstəklənməsini qınayıblar. Bir iranlı rəsmi hətta İran-İraq müharibəsini xatırladıb.

İran parlamentinin üzvü Mahmud Sadiqi "Twitter”-də yazıb: "İraq hökuməti İran-İraq müharibəsini bitirən 598 saylı BMT qətnaməsinin 6-cı maddəsinə görə, İran hökumətinə 1,1 trilyon dollar təzminat verməlidir. İran hökumətin İraq xalqının məhrumiyyətləri nəzərə alınaraq, təzminat tələbini təxirə salıb. İndi İraq baş naziri, qarşılığını ödəmək əvəzinə, İran əleyhinə sanksiyalara əməl edəcək”.

Emad Abşenas Rusiyanın "Sputnik” agentliyinin dərc etdiyi məqaləsində yazıb ki, may ayında keçirilmiş İraq seçkilərindən sonra hökuməti formalaşdırmağa çalışan İbadi maksimum dəstək əldə etmək üçün həm sanksiyaların tənqid olunması, həm də onlara riayət etmə adı altında ikili oyun oynayır. Abşenas yazır ki, İraq seçkilərindən bəri səlahiyyətlilər özlərini ikili və müstəqil surətdə göstərməyə çalışırlar. Bu məqsədə nail olmaq üçün səlahiyyətlilər ya dolayısı ilə İranı tənqid, ya da ilə İranın regional düşməni olan Səudiyyə Ərəbistanını təqdir edirlər. Abşenas, Tehranla Bağdad arasındakı sıx əlaqələrə baxmayaraq, İbadinin İrana səfər etməzdən əvvəl Səudiyyə Ərəbistanına yollandığını xüsusi qeyd edib.

O qeyd edib ki, amerikalılardan fərqli olaraq, iraqlılar İŞİD-lə mübarizədə İranın töhfələrini və İbadinin baş nazir mövqeyinə yüksəlməsinə dəstək verdiyini xatırlatmırlar.

Məqalədə deyilir ki, İbadi bir gün İrana qarşı da çıxa bilər.

Bir sıra yerli İran qəzetləri də İbadinin ABŞ-la əməkdaşlıq etmək qərarını tənqid edib, xüsusilə İranla əlaqəli olan İraq qruplarının şərhlərini nəzərə çatdırıb.

"İR Diplomacy” nəşrindəki məqaləsində analitik Məhəmməd Sadiqi əl-Haşimi yazıb ki, İran "həmişə İraqa münasibətdə şərəflidir”. O, İbadinin sanksiyaların "aclıq, yoxsulluq, xəstəlik və məhrumiyyətə” səbəb olacağını bilməklə, belə bir qərarı necə qəbul etdiyini sorğulayır. Müəllif İbadinin ABŞ sanksiyalarına verdiyi dəstəyin "İraq xalqına heç bir faydası verməyəcəy”ini bildirir.

Haşimi bu nəticəyə gəlir ki, İbadinin İraqın ABŞ sanksiyalarına əməl edəcəyi bəyanatı seçkilərdən sonra Vaşinqtondan hökuməti formalaşdırması üçün razılıq almaq istəyindən irəli gəlir. O, Rusiya, Avropa, Çin, Pakistan və Hindistanda bütün sanksiyalara müxalif olduğunu xatırladaraq, İraqın bu qadağaları dəstəkləməkdə yalqız olduğunu vurğulayır.

İranpərəst şiə paramilitar qrupu olan "Kətaib Hizbullah”ın sözçüsü Seyyid Haşim əl-Musəvi isə bildirir: "İraq nə zamandan digər millətlərə qarşı sanksiya layihələrinə  qoşulma halına gəldi?” Qrupun İŞİD-ə qarşı mübarizəsinə toxunaraq o deyir: "Biz ölkənin birləşməsi üçün qan tökdük və heç kimə müstəqilliyimizi pozmağa icazə verməyəcəyik”.

Haşimi tərəfindən bənzər şərhləri təkrarlayan Musəvi əlavə edib: "Bu, BMT Təhlükəsizlik Şurasının qərarı deyil. Dünyanın üçdə ikisi İrana dəstək verir”.

İranın İŞİD-lə mübarizədə dəstək verdiyini və terrorçu qrupu tərəfindən İraqda öldürülən iranlı məsləhətçilərə toxunan Musəvi sonda bildirib: "Sizə kim məsləhət verir? Yaxşılığı mükafatlandırma yerinə, İranın düşmənləri ilə əməkdaşlıq edirsiniz. İran xalqı bizi bütün varlığı ilə bizi dəstəklədikdən sonra onlara nə cavab verəcəksiniz?”

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}