Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Dəfn olunan təhsil siyasətimiz
Azərbaycanda təhsil siyasəti "tünlük bazarı” anlayışından d
a aşağı səviyyədə durur
Çağdaş dünya düzənində ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Kanada, Fransa, İsrail kimi gəlişmiş dövlətlərdə hərbi və polis qüvvələri deyil, təhsil sektoru ən mühüm strateji sahə sayılır. Elə buna görə də bu dövlətlərin çağdaş dünya siyasətində özümlü yeri var. Yaponiyanın Ana Yasası və dövlət qanunvericliyində belə qeyd olunur: "YAPONİYA DÖVLƏTİNİN ƏSAS GÜC STRUKTURU – TƏHSİL NAZİRLİYİDİR”. Azərbaycanda isə təhsil siyasəti "tünlük (tolkuçka) bazarı” anlayışından da aşağı səviyyədə durur. Təhsil haqqında gözəl qanunlar qəbul edilsə də, təhsil siyasətimiz yox kimidir.
Aliminə və müəlliminə dilənçinin, hambalın gündəlik qazancından da aşağı maaş verən YAP siyasətinin mahiyyəti bundan ibarətdir. Bu problemin dərinləşməsində siyasi müxalifətin suçu YAP-çılardan az deyil. Nə iqtidar, nə də müxalifət təhsil strategiyasında cəmiyyətlə uzlaşan addımlar atmayıblar.
Yapon örnəyi
1957-ci ildə ABŞ dünya hegemonluğuna rəğmən yapon xalqından və dövlətindən açıq şəkildə üzr diləməklə yanaşı, milyardlarla dollar kompensasiya ödədi. 1945-ci ildə bəşəriyyətin ən dəhşətli faciəsi olan atom bombası Yaponiyanın Naqasaki və Xirosima şəhələrini yerlə yeksan etmişdi. Çünki, milyonlarla insanın ölümünə səbəb olan bəşəri faciənin gerçək mahiyyətini ABŞ-ın vicdanlı alimləri ortaya qoydular. Onlar bəşəriyyəti ayağa qaldıraraq atom izotoplarının fəsadlarının yüzillərlə davam edəcəyini bildirməklə yanaşı, insanlıq və humanizm naminə bunun qarşısının alınması yollarını da göstərdilər. ABŞ hökuməti məcbur olaraq, Yaponiyadan üzr diləməklə yanaşı, milyardlarla dollalıq yardımlar etdi. 1961-ci ildə ABŞ-ın Uzaq Doğu ekspertlərinin ölkənin ali qanunverici orqanları Senata və Nümayəndələr Palatasına təqdim etdikləri hesabatda bu qeydlər yer almışdı: "Yaponiya hökumətinə təqdim olunan ilk tranş maliyyə dəstəyindən 700 milyon dollar (indiki rəqəmlə 70 milyard) təhsil sektoruna ayrılıb.” Bu məsələni ABŞ hökuməti incələdiyi zaman Yaponiya hökumətinin cavabı belə olmuşdu: "O pullara biz Naqasaki və Xirosima tipli yüz şəhər tikə bilərdik. Gələcək nəsillərin onları düzgün idarə etməsi üçün milli kadrlarımız daha önəmlidir. Təhsil sistemi Yaponiya üçün birinci dərəcəli strateji və təhlükəsizlik sahəsi sayılır. Mədəniyyəti olmayan bir ölkənin aqibəti də yoxdur”. Elə o dönəmdən başlayaraq, Yaponiyada təhsil sektoru ən yüksək səviyyədə inkişaf edir. Buna görə də Yaponiya dünyada insanlığa ən çox dəyər verilən bir ölkə kimi tanınır. Yaponiyada adambaşına hər il çap olunan kitabların sayı 45-50 arasındadır. Məktəb müəlliminin aylıq gəliri polisin, prokurorun, hakimin, generalın maaşından 1.5 dəfə çoxdur. Orta məktəblərdə, universitetlərdə və kolleclərdə təhsil siyasəti nazirlik tərəfindən nizamlanır. Bir-birini təkrarlayan peşə sahələrinin təhsil nazirliyi tərəfindən qarşısı alınır. Universitet və kolleclər müəllimlərin və tələbələrin sayəsində elmi-texniki tərəqqi üçün çalışırlar. Hətta əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Kimsənin haqqı tapdalanmır. Elmi kəşflər üçün nəhəng şirkətlər və fabriklər onları açıq şəkildə maliyyəlışdirir də. Dünyanın dörd bucağını elmi-texniki tərəqqi ilə heyran qoyan yapon zəkasının sirri bundadır. Ölkənin dinamizminin davamlılığı üçün tələbələrə və gənclərə üstünlük verilməsi Yaponiyanın başlıca strategiyası sayılır. Ona görə də sıravi vətəndaşların öz ölkəsinə inamı reytinq cədvəlinə görə dünyada ilk sırada yer alır. Yapon olmaq bir qürur mənbəyi hesab olunur.
Azərbaycan modelinin dəhşətləri
Keçmiş təhsil naziri Misir Mərdanovun kəraməti ucbatından təhsil sektorumuz tamamilə diz çökdürüldü. İllər boyu nazir işləsə də, bir dəfə də olsun təhsil siyasətinin dinamizmi yönündə gərəkən addımlar atmadı. Onun başlıca fəaliyyət düzəni universitetlərdə, orta məktəblərdə və kolleclərdə "müxalifət ovu” oldu. Hakimiyyətin yarıtmaz işindən narazı qalan mütəxəssisləri işdən qovmaqla təhdid siyasətini 1920-1930-cu illərdən sonra ilk dəfə olaraq yenidən rəsmiləşdirdi. Təhsil sektorunda çalışanlar sanki "ölüm düşərgələri” nin əsirlərinə çevrilmişdilər. Müəllimlərin maaşlarının çox aşağı olması, tədris kitablarının tədricən cılızlaşdırılması sanki məqsədli şəkildə rəsmiləşdirilirdi. Məsələn, ömrü boyu toylarda sintezator çalan və istedadsız tarzən kimi tanınan musiqiçi Siyavuş Kərimini "Milli Konservatoriya”nın rektoru vəzifəsinə yüksəltdi.
Biz Misir Mərdanovun kadr siyasətini necə yönəltməsi haqqında bir nəfərin adını sadalayırıq. Halbuki, ölkə başdan-başa belə kadrların sayəsində idarə olunur. Onu korporativ idarəetmə üzrə ixtisaslaşmış, qoruqçu Mikayıl Cabbarov əvəz etdikdən sonra, Azərbaycanın təhsil sistemi 1906-cı ildən üzü bu yana ilk dəfədir ən ağır dönəmini yaşayır. Ölkənin maliyyə və iqtisadi durumu böhranla üzləşdikcə, müəllimlər ordusunun və alimlərin sosial haqlarının müdafiəsi ağırlaşmaqda davam edir. Mikayıl Cabbarov bircə dəfə də olsun, bu problemlərlə ilgilənməyib.
Azərbaycanda sıravi polis çavuşunun maaşı alimin aylıq maaşından üç dəfə çoxdur. Bu faktın özü sübut edir ki, ölkə hərbi-polis qanunları ilə idarə olunur. Heç bir ölkədə alim və müəllimin bunca aşağılanması hallarına rast gəlinməz. Türk Dünyasının öndəri Mustafa Kamal Atatürk ölkənin Böyük Millət Məclisində yeni qurulan dövlətin strategiyasını bu sözlərlə ifadə etmişdi: "Ucqar kəndlərdə dərs deyən müəllimin maaşı valinin maaşından çox olmalıdır. Bunu unutmayın”. Azərbaycan müəllimi bu gün özünün və ailəsinin sosial ehtiyaclarını ödəmək üçün məcbur olaraq "repetitor”luq edir. Çünki, aylıq maaşının və sosial
hüquqlarının problemləri nazir Mikayıl Cabbarovu heç ilgiləndirmir. Bunun əsas səbəbi odur ki, alternativ təhsil sektorunun pullu xidmətə keçməsi sayəsində iri çəkili məmurların övladları "pullu məktəblər”də təhsil alırlar. Beləliklə orta və kasıb təbəqənin övladlarının necə təhsil alması kimsənin vecinə deyil.
Təqribi hesablamalara görə DİN, Müdafiə, DTX, XƏİ, FHN, Gömrük Komitəsi və digər güc strukturlarının ümumi büdcəsi təhsil və elm sahəsindən on dəfələrlə çoxdur. 2016-cı il üçün təhsil və elmə 1 milyard 713 milyon və 131 milyon manat vəsait ayrıldığı halda, məhkəmə və prokurorluğun büdcəsi 1 milyard 13 milyon manat təşkil edir. Halbuki bu sektorda çalışanların sayı təhsil sahəsində çalışanlardan dəfələrlə azdır. Məşhur şair, alim və pedaqoq, görkəmli ziyalı Famil Mehdi vaxtilə "Dilən professor, utanma dilən” şeiri ilə Azərbaycanın təhsil sisteminin xarakterini bədii dillə ifadə etmişdi. Bu şeirin yazılmasından 20 il ötsə də, durum heç də dəyişməyib. Azərbaycanda inşaatda fəhləlik edənin, çayxanada çay daşıyanın, bazarda hambal kimi çalışanın gündəlik gəliri orta hesabla 30 manat təşkil edir. Alimin və müəllimin gündəlik qazancı isə 7 manat 10 qəpikdir. Müəllim və alim baba bütün haqsızlıqlara "susur” və "dözümlü” olmağa çalışır. "Dözümlü xalq” ayaması da buna görə yaranıb. Çünki, təhsil sektorunda hər hansı bir islahat aparılmır. Gözə kül kimi üfürülən test siyasəti "bir pəncərə”li kimi görünsə də müəllimlərin heç bir problemini çözmür. Alimlərin elmi ixtiralarının Azərbaycanda bir qəpik də olsa, dəyəri belə yoxdur. Hökumət və cəmiyyət alimdən və müəllimdən yeni nəslin tərbiyələndirilməsini tələb edir. Hansı üzlə? Hansı məntiqlə? Bunun cavabını kimsə verə bilmir. Heç umurunda deyillər.
Ağlın məntiqi düzgün təhsildədir
İnsan ağlı, onun düşüncəsi, duyğuları və məntiqinin inkişafı ilkin təhsil sistemindən çox asılıdır. Əgər təhsil sahəsində problemlər varsa, deməli cəmiyyətin, özəlliklə yeni nəslin də problemləri yetərincədir. Təhsil sadəcə insana elm öyrətmir, həm də onun mənəvi baxımdan tərbiyələnməsi deməkdir. Çağdaş standartlarda yer alan təhsil sistemi informasiya və tərbiyə üzərində qurulub. Dünya dəyişir, onun ritmi sürətlə fərqli biçimdə formalaşır. Azərbaycanın təhsil sistemi isə hər ötən ildə daha da fəsadlarla müşahidə olunur. Faktiki olaraq müəllimlərin və alimlərin sosial hüquqlarının müdafiə olunmadığı bir dönəmdə tədrıs vəsaitləri də kiflənmiş düşüncə tərzinə yuvarlanır. Məsafəli tədris isə demək olar ki, yox kimidir. Dördpilləli klassik alman təhsil sisteminin heç bir izi qalmayıb.
Qonşu Gürcüstanda orta məktəblərdə tədris və təhsil sistemi yeni düşüncə üzərində köklənib. Orta məktəblərdə müəllim, valideyn və sağır şuraları bir araya gələrək illlik büdcəni, təhsil siyasətini uzlaşdıran qərarları verirlər. Beləliklə bəlli olur ki, hansı məktəbdə təhsil siyasəti necə aparılacaq. Bu üçlü şuralar direktor seçkisində də birgə qərar verirlər. Təyinat siyasəti aradan götürülüb. Təhsil nazirliyi əlaqələndirici statusla çıxış edir. İndiki dönəmdə bilgisayar və internet təhsil sistemi və klassik ənənələrin yaxşı dəyərləri harmoniya təşkil edir. Sonucda şagirdlər və müəllimlər təhsilə yaradıcılıq baxışı ilə yanaşırlar. Sabah orta məktəbi bitirən gənc həyatda nə edə biləcəyinə hazır olur. Bunun tək səbəbi keyfiyyətli təhsilin ölkədə bütün vətəndaşlara şamil olmasıdır.
Azərbaycanda təhsil və elm sahəsi üçün min ideal qanun qəbul edilsə də onun heç bir işlək mexanizmi olmayacaq. Ömründə dərs deməyən, pedaqoqikanın təcrübəsindən xəbərsiz Mikayıl Cabbarov nə qədər ki, təhsil naziridir, durum belə davam edəcək. O, bəlkə də yaxşı qoruq işçisidir, bankirdir, hüquqşünasdır. Ancaq, təhsil sektoruna nazir kimi rəhbərlik etməsi tamamilə yalnış addımdır. Mədəniyyət və Turizm naziri postunu məngirləyən Əbülfəs Qarayev kimi. Onun da bu sahədən tamamilə bilgisi yoxdur. Təhsil sektorunun inkişafının idarəetmənin demokratik olmasından keçir. Müəllimin və alimin aylıq maaşının, sosial haqlarının günün tələblərinə uyğun olmadığı yerdə təhsilin və tədrisin inkişafından danışmaq mümkün deyil. Milli təhsil sistemi deyilən bir anlayış da vardır. Bu yöndə demək olar ki, təhsil nazirliyi 1991-ci ildə dövlət bağımsızlığımıza qovuşan andan indiyə kimi hər hansı ciddi addımları atmayıb. Ona görə də təhsil sektorunda dinamizm deyilən anlam yoxdur. Orta Məktəb, litsey və kollec direktorları, universitet rektorları inzibati amirlik metodu ilə "cıbbılı diktatorlar”a çevriliblər. Onların əsas görəvi müəllimlər, şagirdlər və tələbələrin üzərində həbsxana düşərgəsinin rəisi statusunda inzibati amirlik metodu ilə idarəetmə düzənini qorumaqdır. Təhsilin maliyyələşdirilməsi sistemi dəyişməyincə, ölkəmizin intellektual baxımdan hər hansı bir uğurları da olmayacaqdır. Təhsil Nazirliyi "stavka” oyunu oynamaqla imtasiya edərək müəllimləri daha ağır durumda çalışmağa vadar etmə taktikasını sərgiləyir. Guya yaranmış böhrandan çıxış yolları arayır. Təhsilin maddi-texniki bazası qurulmadan bu sektorda başarıların ola bilcəyinə möcüzə kimi yanaşılır. Elə buna görə də hər il test imtəhanlarında ballar aşağı endirilir. Çünki, orta məktəbləri bitirənlər savadsızlar kütləsi kimi üstünlük təşkil edirlər. Universitetləri bitirənləri işə götürəndə onların savadlılıq dərəcəsini ölçmək üçün əlavə testdən keçməyə məcbur edilirlər. Azərbaycanın təhsil sisteminin nə qədər yarasız olduğunu elə bu faktın özü sübut edir.
Ənvər BÖRÜSOY
Oxşar Xəbərlər
Ödənişli təhsil ləğv ediləcəkmi?
Yaponiyalı nazir BDU-da
Tələbələrə şad xəbər
Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti ilə memorandum imzalayıb
Xəbər lenti
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi