İSRAİL, SƏUDİYYƏ VƏ BƏƏ XÜSUSİ XİDMƏTLƏRİ TÜRKİYƏ VƏ İRANA QARŞI:yəhudi kəşfiyyatı suriyalı kürd döyüşçülərə təlim keçməyə başlayıb – Araşdırma

İSRAİL, SƏUDİYYƏ VƏ BƏƏ XÜSUSİ XİDMƏTLƏRİ TÜRKİYƏ VƏ İRANA QARŞI:yəhudi kəşfiyyatı suriyalı kürd döyüşçülərə təlim keçməyə başlayıb – Araşdırma

 

İqor Subbotin

Nezavisimaya gazeta, 15.08.2019

 

Suriyanın şimali-şərqinin taleyi İranın xeyrinə həll olunmaya bilər. İran və Livan KİV-ləri İsrailin kürd hərbi birləşmələri döyüşçülərini öyrətmək və məşq üzrə ehtimal edilən və hesab edildiyi kimi, Tehranın siyasətinə qarşı tuşlanan proqramına işıq salır. Şübhələr var ki, israillilər Suriyanın, məsuliyyəti ABŞ-a ağırlıq edən şimali-şərq bölgələrində  sabitliyə zaminlərdən biri ola bilər. Ekspert mühitində İsrailin Fəratarxası güclərlə taktiki alyansını istisna etmirlər.

Türkiyənin Suriyanın şərq hissəsindəki bəzi yaşayış məntəqələrinə hücum təhlükəsi neftlə zəngin bu bölgələrin kimin siyasi təsirində olacağı haqda məsələ qaldırır.

Tehranda qorxurlar ki, Fəratarxasının taleyində könüllü əsasda iştirak etməyə ABŞ-ın çağırışları İsrail tərəfindən eşidiləcək. İranın dövlətə yaxın "Fars” agentliyi artıq məlumat verir ki, İsrail xüsusi xidmətləri müəyyən müddətdir  Suriya Kürdüstanı döyüşçülərini hazırlamaqla məşğuldur. Bu məlumata görə, israillilərin öyrətdikləri döyüşçülərin sayı azdır, amma bu proqramın aydın perspektivi var. Hazırlıq İraq Kürdüstanı ilə əlaqəli aparılır. İranlılar yazırlar – görünür, bunun özü yəhudi dövlətinin ərazisində keçirilir.

Livanın kütləvi "Al Akhbar” qəzeti öz növbəsində özülü kürd birləşmələri sayılan "Suriya Demokratik Gücləri” antiterror alyansının hansısa məktubunu İsrail-kürd əlaqələrinə sübut kimi göstərir. Bu, ehtimal edilən iqtisadi münasibətlərin üstünü açır. Müəllifliyi Demokratik Suriya Assambleyasının İcra Şurasınn həmsədri İlham Əhmədə aid edilən məktubda Suriyanın şimali-şərq bölgələrində çıxarılan xam neftin İsrail biznesmenlərinə satışını qaydaya salmağa hazırlıqdan danışılır.  Yardımın əvəzində. Məktubdan irəli gəldiyi kimi, SDG hasilatı əsaslı şəkildə artırmağa hazırdır.

Livanlılar bununla yanaşı iki tərəf arasındakı vasitəçilərdən biri kimi İsrail mənşəli Amerika biznesmeni  Moti Kahanu göstərirlər. Livan mətbuatı arqument kimi sıradakını göstərir: Kahanunun qeyri-hökumət təşklatı Suriyanın Qamışlı bölgəsində "Amaliya” adıyla öz təmsilçiliyini açıb. Biznesmenin özü vasitəçilik faktını inkar edir.

"Rojava (kürdlərin Suriyanın şimali-şərqində elan etdikləri dövlət-"NG”) xarici aləmlə təmas üçün açıqdır və müxtəlif bölgəsəl və beynəlxalq oyunçularla münasibət saxlamağa çalışır, – Kürdüstan Milli Konqresinin üzvü Fərhad Patiyev "NG”-yə bildirib. – İşbirliyinin arşınlarından biri Rojavanın irəli sürdüyü və Yaxın Şərqdə dəyərləri dəyişməyə yönlmiş layihəni dəstəkləməyə hazır olmaqdır. Bəlkə də, gənc Rojavanın belə bir addımı qıraqdan son dərəcə cürətli görünə bilər, amma burada (Suriya Kürdüstanında-"NG”), doğrudan da, hesab edirlər ki, keçmişin səhvlərini düzəltmədən və ədaləti bərpa etmədən bölgəni bürüyən böhranı aradan qaldırmaq olmaz”.

Patiyev izah edir ki, fəaliyyətdə olan bölgəsəl konstruktiv gücləri birləşdirmək kəskin zərurətdir, onların işbirliyi isə yalnız ayrıca götürülən bir sahə ilə məhdudlaşmamalıdır. Kürdüstan Milli Konqresinin təmsilçisi inanır: "Söhbət bu və ya başqa oyunçu arasında seçimdən deyil, bu qədər qəliz və ziddiyyətli bölgənin xalqlarının rifahı üçün işləməkdən gedir”.

Ekspert mühitində hesab edirlər ki, İsrail və Suriya kürdləri mövzusu əsasən spekulyativ xarakter daşıyır. "Amma bu bildirmir ki, işbirliyi yoxdur: yəhudi dövlətinin xüsusi xidmətləri bölgədə praqmatik hərəkət edir, – Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Anton Mardasov "NG”-yə deyib. – İsrail birinci növbədə İraq kürdləri ilə hərbi-siyasi planda işbirliyindədir (qarşılıqlı iqtisadi fəaliyyət ayrı mövzudur).  Kərkük ətrafındakı hadisələr dönəmindən bəri onların "Həşd əş-Şabi”nin (hərbiləşdirilmiş şiə birləşmələri -"NG”) tərkibindəki İranyönlü dəstələrin qarşısını almaq üzrə qarşılıqlı fəaliyyəti daha aktualdır. Belə bir mövzu İsraili Suriya kürdləri, ya da Fəratarxası tayfalarla birləşdirə bilər, amma yalnız taktiki səviyyədə – ayrı-ayrı təmsilçilərin təmasları planında”.

Ekspert diqqəti buna yönəldir ki, bəzi məlumatlara görə, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran və Türkiyənin təsirini məhdudlaşdırmaq üçün xüsusi xidmətlər səviyyəsində təmasdadır və buna görə rəsmi Dəməşqlə qarşılıqlı fəaliyyətə hazırdırlar.

Mardasov yekun vurur: "Qaldı ki iqtisadi marağa, yəni İsrail və şərti deyilsə, SDG arasında ticarət gerçəkləşdirilir, o da treyderlər səviyyəsindədir ki, bunu da, çətin ki, qarşılıqlı fəaliyyət adlandırmaq olar”.

Xatırladaq ki, İsrail lap çoxdan İraq kürdlərilə təmas saxlayır. Hələ İraqa Amerika müdaxiləsindən sonra ilk əlamətlər meydana çıxıb ki, İsrail güc qurumlarının keçmiş işçiləri bu hadisələr fonunda muxtarlıq statusu əldə edən İraq Kürdüstanının döyüşçülərinə təlim keçir və öyrədirlər. Lakin israillilərin istefada olan deyil, fəaliyyətdəki müşavirlər səviyyəsində Suriya kürdləri ilə işbirliyinə nə qədər hazır olduqları hələlik aydın deyil.

Tərcümə Strateq.az-ındır.

 



Oxşar Xəbərlər

Xəbər lenti