8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Şuşada ermənilər andiçmə mərasimi etdilər.
Bakıda Şuşaya icra başçılıq edən Bayram Səfərov isə maraqlı açıqlaması ilə gündəmə gəldi:
"Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar”.
Bayram kişi düz deyir, onun top-tüfəngi yoxdur, amma "topdağıtmaz” sərvəti var.
69 yaşlı Bayram Əsəd oğlu Səfərov 11 ildir ki, Şuşa Şəhər İcra hakimiyyətinin başçısıdır.
Prezident İlham Əliyevin çıxışı zamanı mürgüləyən, "Şöhrət” ordenli icra başçısının hələ bəlli olan sərvətinin siyahısını jurnalist Həbib Müntəzirə istinadla təqdim edirik.
Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil
Novxanıda yerləşən 6 milyon dollarlıq villa
Dərnəgüldə daha bir mənzil
Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB
Nərimanov metrosu ərazisində bir neçə obyekti
"Qala” restoranı
"Kosmos” Restoranı
Nərimanov parkında yerləşən "İstanbul” kafesi
La Vita Cafe and Restoran
Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri
Novxanıda mal-qara ferması
Fermanın yaxınlığında gön-dəri sexi
Binəqədidə hektarlarla torpağı
M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı
Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları
Rufis adlı oğlunun adına "Kəklik” MMC şirkəti
Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir
Qiyməti 50-60 min dollar olan "58-AA-001” dövlət nömrə nişanlı "Lincoln MKS” model avtomobil
/Hit.az/