8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Əvvəlki illərlə müqayisədə torpaq bazarında süstlük müşahidə olunur”.
Sozcu.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, vətəndaşların əksəriyyəti şəxsi ev tikmir, buna görə də bazardakı qiymətlərdə dəyişiklik yoxdur: "Bakıda torpağın sotu təxminən 4-5 min, bir az kənar qəsəbələrdə 1000-1500 manatadır”.
Ekspert bölgələrdə də vəziyyətin təxminən eyni olduğunu vurğulayıb: "Bölgələrdə rayon mərkəzlərində torpağın 1 sotu 3000-8000-10000 manat arasında dəyişir. Rayon mərkəzlərində torpağın bir sotu 5-10000 manat, nisbətən ucqar yerlərdə 3-6000 manat arasındadır. Kənd yerlərində isə sotu 500 manatdan 3000 manata qədər qiymətə torpaq almaq olar”.
N.İbrahimovun sözlərinə görə, Bakı kəndlərilə müqayisədə rayon kəndlərindəki evlərin qiyməti təxminən üst-üstə düşür.