“Qanunsuz qəbul həyata keçirilib” - Ekspert DTX-ya müraciət etdi


Təhsil üzrə ekspert Kamran Əsədov Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib.

Hurriyyet.az
xəbər verir ki, müraciətdə deyilir:

- Hörmətli hüquq mühafizə orqanları, yazıb sizə bildirirəm ki, dövlət orta ümumtəhsil məktəblərinin birinci sinifinə şagird qəbulu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir.

Bu zaman bir çox orta məktəbin birinci sinifinə qəbul zamanı mikro ərazi prinsipləri (şagirdin o məktəbin ərazisində daimi qeydiyyatda olması) tələb olunur.
Hazırda yüzlərlə şagird məhz bu məktəblərdə boş yerin olmaması səbəbindən təhsil alma hüququndan məhrumdur.

Lakin çoxsaylı müraciətlər var ki, qəbulu həyata keçirən qurum bir çox şagirdin bu prinsiplər olmadan qanunsuz olaraq qəbulunu həyata keçirib.

Yazıb sizdən xahiş edirəm ki, Bakı şəhəri üzrə 10 məktəbə birinci sinifə qəbulu həyata keçirilən şagirdlərin fin kodları üzrə müvafiq yoxlamalar həyata keçirilsin.

Mən keçən ay Elm və Təhsil Nazirliyinə həmən informasiyanın verilməsi ilə bağlı müraciət etsəm də, hələ də cavab yoxdu.



Oxşar Xəbərlər

Xəbər lenti