Bir neçə deputatın fəaliyyəti araşdırılır - İLGİNC İDDİA


Bir neçə deputatın maliyyə fəaliyyəti araşdırılır".

Bu ilginc infromasiya dia.az-a hökumətdəki mənbələrdən daxil olub.

Mənbə iddia edir ki, bir neçə deputatla bağlı maliyyə təftişi qərarı verilib:

"Burada onarın əsasən xaricə çıxardıqları vəsaitlərin həcmi yoxlama predmetidir".

Xatırladaq ki, Azərbaycanda deputatlara biznes qadağan edilsə də, qanunla belə olsa da, onlarla biznesmen-deputat bu gün özlərinin yazdıqları qanunların yanından keçməklə nəşğuldur.

Onların sırasında Ülvi Quliyev, Malik Həsənov, Cavanşir Feyziyev kimi oliqarxlar da var. Onların hər üçünün adları müxtəlif vaxtlarda məhz xarici ölkələrdə maliyyə qalmaqallarında hallanıb. Və ola bilsin ki, elə maliyyə fəaliyyətləri araşdırılan millət vəkillərinijn sırasında onlar da var.



Oxşar Xəbərlər

Xəbər lenti