Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Cavanşir Feyziyevin “şəffaf biznes” fəaliyyətindən fraqmentlər - ilginc faktlar...
Deputat AŞPA-ya verdiyi bəyannamədə nələri gizlədib?
Londonda ailə üzvlərinin külli miqdarda vəsaitinə məhkəmə yolu ilə əl qoyulan Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan mətbuat nümayəndələrini təhqir etdiyi müraciətində bütün pulları qanuni biznes fəaliyyəti ilə əldə etdiyini bildirib. Bu fikirləri o, lap əvvəldən - Londonda məhkəmə prosesi başlayandan səsləndirir. Və Azərbaycan cəmiyyəti onun bu açıqlamalarına inanmır, çünki ölkə insanı Feyziyevin sahibi olduğu “Avromed” şirkətini heç vaxt yaxşı yöndən tanımayıb, daha doğrusu, şirkət özünü belə tanıtmayıb. Bu, necə olub? Sualın cavabını tapmaq üçün qısa bir araşdırma aparmaq kifayətdir...
Azərbaycanda sayı yüz minlərlə ölçülən şəkərli diabet, qan və onun komponentlərinin çatışmazlığı, hemofiliya, talassemiya, böyrək çatışmazlığı və sair sağalmaz xəstəliklərdən əziyyət çəkən insan var. 2000-ci illərin əvvəllərindən - dövlət belə xəstələrin dərman, avadanlıq təminatını öz üzərinə götürəndən indiyədək “Avromed” bu təminatın təchizatçısıdır. Eyni zamanda şirkət ölkə üzrə ən geniş aptek şəbəkələrinin də sahibidir. Bu baxımdan, ölkədə dərman qiymətlərinin dəvə belinə qalxması, imtiyazlı xəstələrin dövlət verən dərmanlarının vaxtında çatdırılmaması, çatdırılanın keyfiyyətinin aşağı olması və sair problemlər əhalinin diqqətini daim bu şirkətin üzərində saxlayıb. Şirkət isə heç nəyə, heç kimə baxmadan öz işində olub.
Məlumdur ki, “Avromed” 20 ilə yaxındır səhiyyə qurumlarının “sevimlisi”dir: az qala bütün sifarişlərin alıcısı olmaqla. Tək səhiyyə qurumları deyil, ayrı-ayrı nazirliklərin tabeliyindəki tibbi qurumların da. Tenderlərin qeydiyyatı sisteminə baxdıqda, “AvroMed Company” MMC-nin yalnız Səhiyyə Nazirliyi deyil, Gənclər və İdman, Müdafiə Nazirliyindən, Dövlət Miqrasiya Xidmətindən, Daxili İşlər Nazirliyindən, Dövlət Sərhəd Xidmətindən, Bakı Metropolitenindən, Dövlət Dəmir Yolu QSC-dən də külli miqdarda sifarişlər almış olduğunu görmək olur. Nəzərə alsaq ki, təkcə şəkərli diabet xəstələrinə dövlət hesabına tibbi təyinatlı vasitə (şəkərölçən aparatlar) və dərman preparatlarının alınmasına ilk illərdə 10-12 milyon manat, daha sonra 30 milyon manata yaxın vəsait ayrılıb, onda C.Feyziyevin “biznes”inin nə qədər uğurlu olduğunu təsəvvür etmək mümkün olar. Bir nümunə gətirək: 2012-ci ildə “Avromed” müxtəlif qurumların keçirdiyi 20 tenderdən qalib çıxardılıb. Bu tenderlərin 15-də təkbaşına, 5-də isə digər şirkətlərlə birgə. Təkbaşına aldığı sifarişlərin həcmi 36 milyon 195 min 605,15 manat təşkil edib. Birgə aldığı satınalmanın məbləği isə 2 milyon 31 min 959,85 manat olub. Şirkət 2013-cü ildə 30 tenderin, 2014-cü ildə 35 tenderin, 2015-ci ildə - büdcə xərclərinin kəskin azaldığı ildə 20 tenderin, 2016-cı ildə 10 tenderin qalibi olub. 2017-2021-ci illərdə də aldığı sifarişlərin həcmi yüz milyonlarla manata çatıb.
Ələsgər Əhmədoğlu
Hüquqşünas Ələsgər Əhmədoğlu bildirir ki, C.Feyziyev ictimai şəxsləri təhqir etməkdənsə, Londonda əlindən alınan vəsaitin Azərbaycandan qanuni yollarla çıxarıldığını sübut edən sənədləri təqdim etməliydi:
“Amma nədənsə onu tənqid edən, onun hesab verməli olduğunu deyənlərə böhtan yaxarkən, özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitini və habelə müsadirə edilməyən 23 milyon manat üçün (toplam 34 milyon 500 min manat) ölkə qanunvericiliyinə əsasən 6 milyon 900 min manat mənfəət vergisini ödədiyinə dair bank çıxarışının şəklini paylaşmayıb. Çünki əgər ölkədən bu qədər vəsaiti çıxarıbsa, bu, xalis mənfəəti olduğuna görə ona müqabil olaraq 20 faiz miqdarında mənfəət vergisi ödəməli idi. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir və 105.1-ci maddəyə görə, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
Vergi Məcəlləsinin 122-ci maddəsinin tələbini də nəzərə alsaq, toplam 10 milyon 400 min
manatdan çox vergi ödənişi olmalı idi. (122.1. Rezident müəssisə tərəfindən ödənilən dividentdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur).
Cavanşir Feyziyev yaydığı statusunda aydın şəkildə vurğulayıb ki, “bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər”.
Yekunda isə özgüvənini göstərərək deyir: “Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur”.
Bu ifadələri yazarkən Cavanşir Feyziyev nədənsə bu dediklərini təsdiq edən sənədləri əlavə etməyi “unudub”".
Hurriyyet.az xəbər verir ki, hüquqşünasa görə, C.Feyziyev xüsusilə indiki statusunu - Milli Məclis üzvü olan şəxslərin biznes fəaliyyətinin qadağan olunduğunu bilərək, məsələyə qatmamaq üçün bütün gəlirlərinin məhz 2010-cu ilədək əldə olunduğunu vurğulayıb:
“Amma unudur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsi onun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim etməli olduğu məlumatlar arasında onun 34 milyon 500 min manat gəlirinin (bundan artığının da təbii) miqdarı və mənbələri haqqında məlumat da olmalı idi. Seçki Məcəlləsinin 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; tələbi olduğuna görə, MSK da 2010-cu, 2015-ci və 2020-ci illədrədə Cavanşir Feyziyevi namizəd kimi qeydə aldığına görə bu məlumatlar MSK-ya təqdim edilmiş olmalıdır. Məsələ ictimai müzakirəyə, habelə bundan sonra məhkəmə müstəvisinə çıxacağına görə bir siyasətçi kimi Feyziyev bu məlumatları yaymaqla bağlı siyasi məsuliyyət daşıyır. Yəni 2010-cu ildə MSK-ya hansı məlumatı verdiyinə dair”.
Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev isə diqqəti Cavanşir Feyziyevə məxsus “Avromed” şirkətinin son illərdə aldığı dövlət sifarişlərinə yönəldir:
“Bu şirkət bir ildə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və s. qurumlardan nə az, nə çox - 122 milyon 800 min manatlıq 17 tender ”udub". İl təzə başlayıb, bu ilin ilk ayında 8 milyon manatlıq 4 tender “udub”. Hələ bu açıq mənbələrdə göstəriləndir. 2017, 2018, 2019, 2020, 2021-ci illərdə təkcə şəkər xəstələri üçün Səhiyyə Nazirliyindən şirkətə hər birinin dəyəri 29-31 milyon manat olan tenderlər verilib. 5 ildə təkcə bir istiqamət üzrə bir quruma 150 milyon manatdan çox. Bu qədər pul dövlət büdcəsindən təsisçisi meymun olan bir şirkətə də getsə, o şirkət “uğurlu biznes” olar".
Hafiz Babalı
Araşdırmaçı-jurnalist Hafiz Babalı C.Feyziyevin Azərbaycandakı biznesinin miqyasını araşdırıb:
“C.Feyziyev özü deyir ki, ”Avromed"dəki payını 2016-cı ildə satıb. Şirkətin rəhbərliyindən isə 2010-cu ildə - deputat olanda gedib. Baxmayaraq ki, cənab Feyziyev şirkətdəki payını, şəriklərinin payını açıqlamır, onun 2016-cı ilədək şirkətdə payçı olaraq qalması belə qanun pozuntusudur.
Cavanşir Feyziyev deputatlığa namizəd kimi Azərbaycanda gəlir bəyannaməsi verir. O, bir müddət əvvələ qədər həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü idi. AŞ PA-nın qaydalarına görə, nümayəndə heyətinin üzvləri maraqlar haqda bəyannamə doldurub verməlidirlər. Cavanşir Feyziyev 2020-ci ilin fevral ayının 28-də bəyan edib ki, son iki ildə onun Milli Məclisin üzvü kimi gəlirləri 58 922 manat olub. Başqa yerdən tutduğu vəzifəyə görə, o cümlədən səhmdar kimi 1 qəpik də əldə etməyib. Eyni zamanda o, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olduğunu, 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktoru, “Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisi olduğunu bəyan etməyib. Halbuki öz internet bloqunda bunu qeyd edib( https://cavansir.feyziyev.com/ictimai.php).
Bəyannamədə AŞ PA üzvlərinin hər hansı mənbədən əldə edə biləcəkləri pul, hədiyyə və digər maddi nemətlər barədə də suallar var. Deputat həm onlar üzrə, həm də digər kateqoriyalara aid edilməyən və onun Parlament Assambleyasında, xüsusən məruzəçi və ya seçki müşahidə missiyasının üzvü kimi vəzifələrinin icrasına təsir göstərə biləcək hər hansı digər maddi maraqlar barədə bəndləri cavabsız buraxıb. Yəni Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun sədri kimi bu ölkədəki bank hesablarında olan vəsait, onlardan əldə etdiyi faiz gəlirləri barədə məlumat verməyib.
Bəyannamə tələblərindən biri deputat Feyziyevin həyat yoldaşının və digər ailə üzvlərinin, o cümlədən ödənişli və ya könüllü işçilərinin onun Parlament Assambleyasındakı vəzifələrini, xüsusən məruzəçi və ya seçki müşahidə missiyasının üzvü kimi yerinə yetirməsinə təsir edə biləcək hər hansı iqtisadi, kommersiya, maliyyə və ya digər mənafeləri barədə məlumatın verilməsini tələb edir. Lakin C.Feyziyev bu bölməni də cavabsız qoyub".
H.Babalının sözlərinə görə, C.Feyziyev öz səhifəsində 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir:
“Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil".
“Yeni Müsavat”
Oxşar Xəbərlər
Tanınmış jurnalist Cavanşir Feyziyevə görə istefa verdi
Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində qalib oldu
DEPUTAT OĞLU İLƏ MİLYONLUQ MÜQAVİLƏ – Dövlət qurumu Orxan Feyziyevdən anbar icarəyə götürüb
Deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia - - 1 mln. 176 min manatlıq şübhəli müqavilə
Xəbər lenti
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ
Qazaxıstan yaşayış icazəsi qaydalarını sərtləşdirir -
meqapolislər əcnəbilərə qapanır
Diplom hansı halda tanınmır?
-AÇIQLAMA
Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı
300 bal toplayan şagird: “Həkim olmaq istəyirəm“
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük
Təhsilin bakalavriat səviyyəsi ilə bağlı -
Dəyişiklik
İlham Əliyev Şahbaz Şəriflə görüşdü-
FOTOLAR
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
Bazar günü Bakıda 24 dərəcə isti olacaq