“Kürdəmir sakini Sənan Hüseynovun iddiaları həqiqəti əks etdirmir, əsassızdır” – DİN-dən AÇIQLAMA


Hurriyyet.az saytında dərc olunan “Qarabağ qazisi Kürdəmir polisi tərəfindən şərləndiyini iddia edir: Üstümə atılan şər-böhtan mənə çox ağır gəlir, canımdan bezmişəm” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Hurriyyet.az-a bildirib ki, Kürdəmir rayonu Şüşün kənd sakini Sənan Hüseynovun Rayon Polis Şöbəsində hüquqazidd davranışa məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir, əsassızdır:

“İddiaçının həmkəndlisi F.Cabbarov avqust ayının 4-də Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, bir il öncə həyat yoldaşı Ü.Cabbarovadan rəsmi şəkildə boşandığını və 3 azyaşlı övladının analarının himayəsində qaldığını, bir müddət öncə isə qonşuluqda yaşayan S.Hüseynovun onun iki azyaşlı övladına qarşı xoşəgəlməz hərəkətlər etməsi barədə məlumat verib.

Müraciətlə əlaqədar polis şöbəsində araşdırmalara başlanılıb və tərəflərin izahatları alınıb. Bu zaman S.Hüseynov azyaşlılara qarşı qeyd olunan halları inkar edib, belə hərəkətlər etmədiyini bildirib.

F.Cabbarovun müraciətinin xüsusları nəzərə alınaraq azyaşlıların Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilməsi təmin edilib və komisyon ekspertiza rəyinə əsasən iddialar təsdiqini tapmayıb. Bundan sonra daxil olan müraciətlə əlaqədar aparılan araşdırmalar yekunlaşıb və nəticəsi tərəflərə təqdim olunub.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti