QARABAĞ QAZİSİ KÜRDƏMİR POLİSİ TƏRƏFİNDƏN ŞƏRLƏNDİYİNİ İDDİA EDİR – “Üstümə atılan şər-böhtan mənə çox ağır gəlir, canımdan bezmişəm”


köhnə “uçastkovı” olub. O, mənə dedi ki, bizi rəis göndərib, 20 dəqiqəyə bütün polisi bura tökəcək.

Mən dedim niyə, nə cinayət törətmişəm? 2 dəfə rəisin qəbuluna girmək üçün gəlmişdim, məni qəbul etmədi, indi niyə polisi həyətimə tökür? Dedim ki, mən şikayətçiyəm, cinayətkar deyiləm.

Polislər mənə vaxt vermədilər ki, əynimi dəyişim, elə çirkli geyimdə də bölməyə apardılar. Ailəm, körpə oğlum arxamca ağlaya-ağlaya qaldılar. Bölməyə çatanda məni Kürdəmir rayon polis şöbəsinin rəis müavini Anar müəllimin otağına cağırdılar. İçəri girən kimi, o, mənə ağzına gələni dedi, təhqiramiz sözlər işlətdi. Əlbəttə, bu təhqirlərə dözə bilməyib, etirazımı bildirdim. Bu zaman Anar müəllim yanıma gəlib boğazımdan yapışdı. “Hələ sənin sözün də var?”, - deyərək bildirdi ki, səndən şikayətlər var, 10-14 yaşına çatmamış bacı-qardaşa qarşı zorakılıq etmisən. Anar müəllim məni hətta vurmaq istədi, lakin sonra nədənsə çəkindi. Bu vaxtı qıraqdan bir nəfər üstümə gəldi ki, “sənin ağzını-burnunu qıracam”. Anar müəllim qışqırdı ki, “Özal vurma”. Bu vaxt otağa qadın gətirdilər. Ona sual verdilər ki, bu adamla zorla görüşmüsən, təhdid edib səni? Qadın cavabında “xeyr, öz istəyimlə görüşmüşəm”, - dedi.  Heç nə başa düşmədim. Biraz keçdi, yenidən gəldilər ki, 2 azyaşlı uşağı zorlamısan…

Deməli, mənim vaxtilə görüşdüyüm qadının əri (hal-hazırda boşanıblar) uşaqlarını aparıb öyrədib ki, guya mən analarının yanında bunlara nəlayiq hərəkətlər etmişəm. Sual verdim ki, bu hadisə 1 il qabaq olubsa, indi niyə şikayət edirlər? Qadının ərinin əsassız şikayətləri nəticəsində mən bu qədər təhqir olundum. Səhəri gün uşaqları ekspert və psixoloq yanına göndəriblər. Qız ifadəsində elə şeylərin olmadığını deyib. Oğlan isə əksinə ifadə verib, çünki oğlan böyükdür, oyrədilib.

Məni buraxmırdılar ki, səni türməyə salacağıq, orda özün bilirsən nələr olacaq, özünü yığışdır. Sual verdim ki, nə səbəbə məni saxlıyırsız? Deyə bilməyəcəyim qədər pis söyüşlərlə üzləşmişəm.

Bundan sonra, avqustun 10-da Respublika Prokurorluğuna müraciət etdim. Ayın 12-də işi Daxili İşlər Nazirliyinə göndəriblər. Avqustun 23-də mən yenidən 102 xidmətinə zəng vurub xahiş etdim ki, şikayətim yüksək səviyyədə araşdırılsın. Bir neçə gün sonra yenidən zəng vurdum, xanım mənə “araşdırılır” cavabını verdi. “Döyülən-söyülən mən, bunlar hansı işi və necə araşdırırlar”, - sualım cavabsız qaldı.

Üstümə atılan şər-böhtan mənə çox ağır gəlir, canımdan bezmişəm. Mən dövlətim, vətənim üçün yararlı vətəndaş olmuşam, hərbidə canımı vermişəm.

Cinayət şöbəsini rəisi Elşən Xaçmazlı mənə deyir ki, sənin başına pis oyunlar açdıracam. Mən neynəmişəm, günahım nədir? Heç nə etmədiyim halda niyə bu sözləri, təhqirləri eşitməliyəm? Mənə deyirlər ki, gec-tez zorlama əməli ilə içəri girəcəksən? Belə başa düşürəm ki, o qadının əri bunlara tapşırıq, ya da pul verib ki, məni şərləyib tutsunlar”.

Məsələ ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovun mövqeyini də öyrəndik. O bildirdi ki, zərərçəkmiş şəxs mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidir: "Bu işin araşdırmasını istintaq orqanı aparmalıdır. İş rayon prokurorluğunun da nəzarəti altında olur. Araşdırma öz əksini tapmırsa, o zaman vətəndaş prokrorluğa müraciət edib, qərarı ləğv etdirməlidir. Əks halda, vətəndaş məhkəməyə müraciət etməlidir".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti