Azərbaycan Texnologiya Universiteti barədə ilginc iddialar


Azərbaycan Texnologiya Universiteti barədə ilginc iddialar ortaya atılıb.

"Hürriyyət"in  redasiyasına daxil olan şikayətdə iddia edilir ki,  sözügedən Universitetin İnsan resursları şöbəsinin mütəxəssisi vəzifəsində çalışan Nəvalə Məlikova, sənaye mühəndisliyi və Dizayn kafedrasında qeyri-ixtisasçı 0,5 ştat vahidi ilə dərsə daxil olur. N.Məlikova Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Yusifov Fuad Yusif oğlunun həyat yoldaşıdır.

Daxil olan digər məlumatlara görə, Universitetin kafedra müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin iki ildir ki, tələbəsi olmağına baxmayaraq, bir dəfədə olsun dərsərdə iştirak etməyib. Buna baxmayaraq ona yüksək qiymətlər yazılır. 

Hətta Universitetin Magistratura və doktorantura şöbəsinin, bir çox tələbələri ölkənin müxtəlif şəhər və rayonlarında işləməsi, o cümlədən müəyyən yolla dərslərdə iştirak etməməsi qeyd olunur.

Verilən digər məlumatlara görə, Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin iki Dossenti 2023 cü ilin Magistratura məzunlarından 500 manat məbləğində diplom işinə "rüşvət" tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

"Hürriyyət"



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}