Səlim Müslümovun məhkəməsində 4 milyon 577 min manatlıq korrupsiya faktı araşdırılıb


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Rasim Qocayev ifadə verib. O bildirib ki, Binəqədi Gənclər Şəhərciyində tikilən binaların tikintisi ilə məşğul olan şirkətin komunal nəzarət şöbəsinə rəisi olub. Şahid qeyd edib ki, mənzillərin tikərək sahiblərinə təhvil veriblər.

Hakim bildirib ki, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsait Rasim Qocayevgilin şirkətinin balansına köçürülüb. Şahid deyib ki, məbləğ dəqiq yadımda deyil. Qeyd edib ki, mənzillərin satılmasına Rəfail Cəbrayılov (keçmiş deputat), qardaşı Elşən Cəbrayılov nəzarət ediblər. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum".

Şahidin sözlərinə görə, 2015-ci ildə 46 ev, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil veriblər.

Digər şahid Namiq Məmmədov isə deyib ki, şirkət yaradıb və nazirliyin tenderlərində iştirak edib. O deyib ki, Ağstafa, Xaçmaz və Kürdəmir rayonlarında 23 fərdi ev tikiblər. Qeyd edib ki, sonradan Maliyyə Nazirliyinin yoxlanılması zamanı 52 min manatlıq çatışmazlıq yaranıb və həmin vəsaiti dövlət büdcəsinə ödəyib. Hakim isə deyib ki, bu çatışmazlıq 150 min manat çatışmazlıq müəyyən edilib, amma bu məbləğlə razı olmayıb.

Daha bir şahid Qabil Mustafayev deyib ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib, qalib olub. Bildirib ki, müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib.

Şahid qeyd edib ki, hər evə görə, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər ev üçün 5 min manat verib.

Şahid qeyd edib ki, hər evə görə, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər ev üçün 5 min manat verib.

Şahid bildirib ki, sonradan Maliyyə Nazirliyinin yoxlaması zamanı 23 min 493 manat çatışmazlıq yaranıb: "Mən Maliyyə Nazirliyinin yoxlanılmasınl qəbul etmirəm. Bu yoxlamalar qərəzli olub. Biz özümüzdən də pul xərcləmişik. Misal üçün qeyd edə bilərəm ki, Çanaqçı kəndində bir mənzil çəkiliş üçün içərisi əşyalarla təmin olundu. Mağazadan mebel və digər əşyalar gətirərək evi bəzədik. Amma bu smeta dəyərində yox idi. Bu görüntünüçün idi. Natiq Əzizovun tapşırığı idi. Çəkilişdən sonra mebelləri götürmək istəyən də Qarabağ iştirakçısı üstünə benzin tökdü, mebelləri götürməyimizə imkan vermədi. Buna görə dəç10 min manat ziyan mənə dəymiş oldu. Bunu Natiq Əzizova dedim. Dedi ki, sənədləşdirəcəm, sənə dəymiş ziyan ödəniləcək. Amma sonradan mənə dəymiş ziyan ödənilməsi".

Şahid Asif Səfərov deyib ki, "Titanik 2014", "Vinera 2014" MMC-ləri təsis edib və tenderlərdə iştirak etmək üçün Natiq Əzizova müraciət edib. Onun sözlərinə görə, Daşkəsən rayonunda 3 fərdi ev tikərək sahiblərinə təhvil verib. Qeyd edib ki, bu işə görə Natiq Əzizova 6 min manat verib. Hakim isə bildirib ki, şahid istinataqa verdiyi ifadəsində Natiq Əzizova 9 min manat verdiyini deyib.

Daha sonra xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib. O bildirib ki, hər illik plan üzrə şöbə və müəssisəllərdə yoxlamalar aparılıb. Qeyd edib kix yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün özləri mənə pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə onu n xidməti otağında vermişəm".

Tərəflərin sulları cavablandıran şahid deyib ki, tərəflərdən kiminsə pulunu geri qaytarılması halı baş verməyib: "Kimdən nə qədər pul alınıb, ümumi məbləğ nə qədər də olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridkləri düzgün yazıldığını deyib.

Daha sonra ifadə verən şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. O bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev onun qardaşında 115 min manat alıb: "Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra isə yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əhdər Ola verib. Bundan sonra qardaşımdan əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovaəla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Olda əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq. Narahat olmayın pulunuzu üaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".
Növbəti proses dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti