"Casus şarı" nədir və nə üçün istifadə olunur? - ŞOK DETALLAR


ABŞ-ın Çin üçün məlumat, müşahidə və kəşfiyyat məlumatı topladığını, Pekinin isə meteoroloji məqsədli olduğunu iddia etdiyi "casus şarı" iki ölkə arasında olan münasibətləri daha da gərginləşdirib.

Bəs "casus şarı" nədir? Bu şar nə üçün istifadə olunur?

Sozcu.info xəbər verir ki, "casus şarı" kəşfiyyat məlumatı toplamaq və ümumiyyətlə, məlumat əldə etmək üçün istifadə edilən bir təyyarədir. Kəşf və müşahidə şarı kimi də tanınır.

weather-balloon-floating-in-blue.jpg (54 KB)

Casus şarları ilk dəfə 1860-cı illərdə, Amerika Vətəndaş Müharibəsi zamanı məlumat toplamaq məqsədilə istifadə edilib. Şarlar müşahidə texnologiyasının ən qədim formalarından biridir. Yaponiya ordusu onlardan İkinci Dünya Müharibəsi zamanı ABŞ-a yandırıcı bombalar atmaq üçün istifadə edib. Bu şarlar, həmçinin Soyuq Müharibə dövründə ABŞ və Sovet İttifaqı tərəfindən geniş istifadə olunub. Məsələn, Moğol layihəsi zamanı Sovet İttifaqı nüvə sınaqlarını izləmək üçün yüksək hündürlükdə müşahidə şarlarından istifadə edib.

Müşahidə şarlarından ilk hərbi istifadə isə Fransız İnqilabı Müharibələri (1792-1802) zamanı olub. Ən qədim müşahidə şarı hazırda L'Intrépide Vyana muzeyində nümayiş etdirilir. Keçmişdə casus şarları hidrogenlə doldurulurdu. Şarları idarə edən müşahidəçilər hücuma məruz qaldıqda tullanmaq üçün paraşütlərdən istifadə etməli olurlar. Hidrogenin potensial yanan nəticələrinin qarşısını almaq üçün Birinci Dünya müharibəsindən sonra müşahidə şarlarını yanıcı olmayan heliumla doldurmağa başladılar.

 

Kəşfiyyat təyyarələri, casus peykləri və dron kimi kəşfiyyat texnologiyasındakı irəliləyişlər sonradan casus şarlarını əvəz etməyə başladı.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti