8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Paytaxtda fəaliyyət göstərən “Azza” qənnadı məhsulları mağazası istehlakçıların hüquqlarını pozur.Sozcu.info xəbər verir ki, bu barədə Ölkə.Az-a müştərilərdən biri şikayət ünvanlayıb. Müştəri “Azza”nın alınan məhsulların geri qaytarıla bilməməsindən narazıdır.Belə ki, “Azza”nın Atatürk pr. Ev182 ünvanında yerləşən mağazası alınan məhsulu, daha dəqiq desək, tortları geri qaytarmır.“Hətta 1 saat sonra geri dönsən belə, nəinki qaytarmır, məhsulu dəyişdirməyə də razı olmur. Bu barədə müştəri əvvəlcədən məlumatlandırılmır, mağazanın heç bir görünən yerində elan və ya xəbərdarlıq lövhəsi yoxdur. Yalnız çekin üzərində sonda qeyd olunur ki, bunu da alandan sonra bilirsən”,- deyə alıcı söyləyib.Bəs bu cür hallarda alıcı nə etməlidir?Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mağazanın qanun pozuntusuna yol verdiyini söyləyib. O qeyd edib ki, qanunvericiliyə əsasən, “Azza” 1500 manat məbləğində cərimələnə bilər:“Birmənalı şəkildə kassa çeki olmaq şərtilə bu mal da dəyişdirilən və qaytarılan mallar siyahısına daxildir. Əgər müdaxilə olunmayıbsa, səbəbi də qeyd edilərək məhsul qaytarıla və ya dəyişdirilə bilər.Əgər istehlakçı bunu edə bilmirsə 195-1 qaynar xətti ilə dövlət orqanına müraciət edə, malın keyfiyyətində problem varsa, 1100 qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verə bilər.Çekin sonunda “məhsul qaytarılmır” yazılması qanuna ziddir. Ora yazılmaqla deyil, əgər İqtisadiyyat Nazirliyi səmərəli iş görsə, onları 1500 manat cərimə gözləyir”, - deyə o əlavə edib.Qeyd edək ki, 2021-ci ilin ilk 5 ayı ərzində ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evi olub.