8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Şaurma N1” restoranında üzərində heç bir etiket, istehsalçının kimliyi, istehsal və son istifadə tarixi qeyd edilməyən ayran satılır.
Bu barədə tanınmış vəkil Səbuhi Axundov şikayət ünvanlayıb.
“Şaurma N1”in etiketsiz, “qızıl qiyməti”nə müqəddəs ayranları – Restoran qanunları belə pozur.
Hakim işıqların söndüyü vaxtda məhkəməni yekunlaşdırdı”
“Üzərində heç bir yazı, istehsalçının kimliyinə, istehsal tarixi və son istifadə tarixinə dair qeydlər olmayan və haradan gəlib, hara getdiyini bilməyən, özündən xəbərsiz ayran! Bu ayranı “Şaurma N1” restoranlar şəbəkəsi satır. Qida Təhlükəsizliyi Agentliyi və istehlakçıların hüquqlarını müdafiə etməli olanlar, bəlkə, özləri də alıb, içirlər. Qiyməti isə “qızıl qiyməti”nədir – 1 manat 90 qəpik. Qiymətinə baxanda düşündüm ki, yəqin, müqəddəs ayrandır…”, – S.Axundov bildirib.
Pravda.az məsələ ilə bağlı “Şaurma N1” restoranlar şəbəkəsindən mövqe öyrənmək istəsə də, restoran tərəfindən heç bir açıqlama verilməyib.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza bildirib ki, istehlakçının sifariş verib, göndəriş vasitəsilə aldığı hər hansı qablaşdırılmış malın mütləq etiketləşdirilməsi həyata keçirilməlidir: “Bu, “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarnın müdafiəsi haqqında” qanunda, o cümlədən Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilib. Ayranı müştəriyə etiketsiz göndərən “Şaurma N1” restoranlar şəbəkəsi istehlakçı hüquqlarını və dövlətimizin qanunlarını pozur. İnsanlar belə malı almamalıdırlar. Ərzaq mallarının üzərində çox mühüm parametr sayılan buraxılma tarixi, son yararlılıq müddəti, malın tərkibi, istehsalçı firmanın ünvanı, əlaqə telefonu və haqqında məlumatlar
olmalıdır.
Çox yaxşı haldır ki, bütün bu məsələlərə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi öz üzərinə götürüb. Yanvar ayından etibarən bu işə ciddi nəzarət edəcək. İllərdir, bu məsələ həll olunmamış qalır. Arzuolunmaz mallar belə düzgün markalanmadan, yaxud ümumiyyətlə markalanmadan istehlakçılara təklif olunur. Dükanlarda yalnız sellofana bükülmüş peçenyelər, vaflilər görürük. Belə malların əksəriyyəti vaxtı keçmiş mallar olur, sadəcə ümumi qabından çıxarıb bükürlər, sonra satışa çıxarırlar.
Bu, yolverilməzdir. Marketlərdə, eləcə də restoranlarda əhaliyə göndərilən malların üzərinə mütləq etiket vurulmalıdır. Həm də etiket sadəcə kağızdan ibarət deyil, obyektiv olmalıdır. Çünki zəhərlənmələr, problemlər yarana bilər. Belə hallarda istehlakçılar nə etməli olduqlarını bilməlidirlər. Üstəlik, dövlətin qanunları bunu tələb edir. Bu kimi hallarla rastlaşan istehlakçılara tövsiyyə edirəm ki, 1003 qaynar telefon xətti ilə AQTA-ya məlumat versinlər”.