8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Araşdırma yazımıza keçməmişdən öncə qeyd edək ki, adətən Azərbaycan mediasında “yıxılana balta vurmaq” ənənəsinə dərhal əməl etməyi xoşlayırlar. Yəni dəfələrlə və dünən də müşahidə etdik ki, hansısa məmur işdən azad olunduqdan ən geci 1 sutkadan sonra onun dövlət məmuru olduğu dövdə talançılıqla əldə etdiyi əmlakların siyahısı ictimaiyyətimizə təqdim edilir. Amma biz hesab edirik ki, insanlara sağlığına qiymət vermək lazım olduğu kimi, talançı və oğru məmurlara da vəzifədə olanda “QİYMƏT” vermək lazımdır. Yəni, ictimaiyyət təbii sualı verməlidir ki, “Ay məmur, sən necə zirək birisi oldun ki, 1500 manatla qısa müddətdə bu qədər varidatlara sahib oldun?”. Adicə bir kvadrat tənliyi həll etmək savadı olmayan bu məmurciyəzlər yaxşı olardı ki, çörəklə sınağa çəkilən sadə insanlarımız qarşısında özlərini bir az adam kimi aparsınlar.
Hurriyyet.Az: Məsləyə bu konteksdən yanaşaraq növbə ilə talançı məmurlarımızın ictimaiyyətə indiyədək məlum olmayan varidatları barədə silsilə yazılarla məlumatlar verməyi planlaşdırırıq. Lakin çox təəəssüflə qeyd etməliyik ki, planımızdan xəbərdar olan məmurlar “sapı özümüzdən olan “media kapitanları” vasitəsilə bizə ultimativ formada xəbərdarlıqlar göndərirlər. Bizi gözləyən təhlükəyə qarşı adekvat olaraq dövlət başçısına, hüquq-mühafizə orqanları rəhbərlərinə və beynəlxalq insan hüquqları təşkilatlarına da biz xəbərdarlıq edirik ki, bizə qarşı təşkil olunacaq hər hansı şərləmə kampaniyasına, fiziki cəzalanmamıza sifariş verən məmurlar onarı tənqid etdiyimiz talançılardır.Saleh Məmmədovun İsmayıllı rayonun Zərgəran kəndi yaxınlığında 1 ha meşəlik ərazidəki villaları gücləndirilmiş rejimlə qorunurSabiq təhsil naziri olmuş Misir Mərdanova məxsus və dəyəri 4 milyon manat dəyərində olan 1.5 ha meşə ərazisində “Zərgəran” restoranı İsmayıllı rayonundakı Zərgəran kəndi yaxınlığında yerləşir. Restoran 2004-cü ildən fəaliyyət göstərir.
Sabiq nazir Misir Mərdanovun “ZƏRGƏRAN” restoranı
Bu restoranın günbatar hissəsində isə 1 ha meşə fondu torpağından cənab AAYDA “şef”i Saleh Məmmədov sabiq ETSN naziri Hüseynqulu Bağırovun razılığı əsasında qanunsuz olaraq 2016-cı ildə özünə və yaxın qohum əqrəbalarına eyni dizayn və arxitekturada 5 ədəd villa inşa etdirmişdir. Zərgərən yaxınlığındakı villanın giriş qapısı
Villalar hər tərəfdən 3.5 m hündürlüyü olan daş hasarla əhatəyə alınmışdır. Villanın həyətlərində çoxsaylı köpəklər, xaricində isə 4 nəfər idman cüssəli mühafizəçilər tərəfindən gecə-gündüz qorunmaqdadır. Villaların hər tərəfi kamerlarla təchiz edilmişdir. Bu villaların hər birinin ayrıca qiyməti 3-5 milyon manat civarında dəyərləndirlir. Vilallar 40.732639, 48.364163 döngə nöqtələrindəki koordinatda yerləşir.
Vilanın peyk görümtüsü
Növbəti yazımızda yenə də ictimaiyyətə indiyədək bəlli olmayan cənab S.Məmmədovun İmişli-Lerik yolundakı, Göygöldəki, Xaldan-Zaqatala yolundakı, Binəqədi-Novxanı yolunun üstündəki SOCAR-a icarəyə verilmiş və SMS adlı YDM-dən, Mingəçevirdə “Kür” Olmipiya Mərkəzilə üzbəüz yerləşən 3 mərtəbəli villadan, Qax rayonun Qaxbaşı qəsəbəsindəki aqlay üzlüklü 3 mərtəbəli villadan, Novxanıdakı dəyəri 8 milyon manatlıq villadan bəhs ediləcək. Əmlaklrın çoxu S.Məmmədovun qaynı Şəfiyar Duman oğlunun adına sənədləşdirildiyi bildirilir.
Yenixeber.org olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.