Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV, FƏRRUX QASIMOV üçlüyü hakim olmadıqları işdə ərizəyə necə baxıb?
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Fuad Abdıyev, Anar Tanrıverdiyev və Fərrux Qasımovdan ibarət heyətinin 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatı haqqında ərizəsinə “yox” deməsindən on gün keçir. “Yox”un üzqaralığı” bir yana, bu yekəlikdə yuxarı instansiyanın əsas “sübutu”-haqqı” qanunsuz yolla əldə etdiyi “gəlir deklarasiyası” olub. Haqqın necə və neçəyə başa gəldiyini sifarişçi cavabdeh , icraçı hakimlər “kommersiya-korrupsiya sirri” kimi gizli saxlasalar da, konstitusion hüquqa qadağanın qiyməti ağır olsun gərək.
Oğurluqla, qədim peşənin üstünün açılması 40 gün çəkər, deyiblər; bu yol heç on gün çəkmədi. Qərardadın “elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi ilə “vəzir-vəkil” oyununun , şousunun üstü açılıb. Heç demə məhkəmə heyətinin heç bir üzvü 2(103)-4781/23 saylı iş üzrə hakim olmayıb. Baxın, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Günay Axundova olan Fuad Babayev və Cəmilə Musayevadan ibarət heyəti 04.08. 2023 tarixli qərardadla Sabunçu məhkəməsinin (hakim Adilə Paşayeva) icraata xitam verilməsi haqqında qərardadını qüvvədə saxlayıb ki, istehlakçı hüququnun pozulması, 8-ci ildir kommunal xidmət qurumunun üzərinə götürdüyü müqavilə öhdəliyini- texniki şərti 201.72 manat qanunsuz ödəniş tələb edib yerinə yetirməməsi ümumi (publik) hüquq pozuntusudur. Bu qərardaddan kassasiya şikayəti vermək üçün verilən ərizəyə isə işə baxmağa hüququ olmayan tamam başqa heyət – Fuad Abdıyev, Anar Tanrıverdiyev və Fərrux Qasımov “baxıb”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 418.4.1 maddəsinə görə, İŞƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN QEYRİ-QANUNİ TƏRKİBDƏ BAXILMIŞSA, apellyasiya instansiyasının aktı şikayətin dəlillərindən asılı olmayaraq mütləq ləğv edilməlidir. FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV və FƏRRUX QASIMOV QANUNSUZ TƏRKİBİ qanunsuz aktlarının ləğv edilməsini qərardaddan şikayətə qadağa qoymaqla önləməyə çalışıblar. Amma qanun – qanundur, MPM-in 418.5 maddəsində yazılıb ki , MPM-in 418.4.1 maddəsində doğrulanan MƏHKƏMƏNİN İŞƏ QEYRİ-QANUNİ TƏRKİBDƏ BAXMASI apellyasiya instansiyasının prosessual hüquq normalarını KOBUD şəkildə pozması kimi qiymətləndirilməlidir.
MPM—in 421-2.1 maddəsinə görə isə, kassasiya instansiyası PROSESSUAL NORMALARIN KOBUD POZUNTUSUNA YOL VERMİŞ HAKİMLƏR BARƏSİNDƏ XÜSUSİ QƏRARDAD ÇIXARA BİLƏR. MPM-in 421-2.2 maddəsi hakimlər barəsində çıxarılmış xüsusi qərardadın intizam icraatının başlanması üçün Ali Məhkəmənin sədri tərəfindən Məhkəmə Hüquq Şurasına göndərilməsini doğrulayır. Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri, yəqin bu kobud pozuntunu qiymətsiz qoymaz. Pozuntunun kobudluğu isə bir deyil, iki deyil. Hamısını saymışıq. Görək, Məhkəmə Hüquq Şurası nə sayır..
Məğrur Bədəlsoy
P.S. Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov da (!) Məhkəmə Hüquq Şurasının üzvüdür...