“Coca-Cola”ya qarşı araşdırma başladıldı


Almaniya Federal Antiinhisar İdarəsi Amerikanın sərinləşdirici içki istehsalçısı “Coca-Cola”ya qarşı ölkə bazarında haqsız rəqabətə yol verilməsi iddiası ilə tədqiqat başladıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Andreas Mundtun tənzimləyicinin saytındakı açıqlamasında qeyd olunur.

Mundt bildirib ki, artıq müvafiq araşdırmalar başlayıb:

"Coca-Cola-nın alman ərzaq pərakəndə satış şirkətlərinə xüsusi qiymət şərtləri, məsələn, endirimlər təklif etməklə, digər şirkətlərin rəqabətli imkanlar əldə etməsinə mane ola biləcəyinə inanmaq üçün əsas var".

İdarə rəhbəri qeyd edib ki, onlar “Coca-Cola”nın pərakəndə satış şirkətlərini konsernin məhsullarının bütün çeşidini almağa və reklam etməyə təşviq edən endirim sisteminin qanuniliyini qiymətləndirmək niyyətindədirlər. \\Musavat.Az



Oxşar Xəbərlər

Xəbər lenti