8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.Hurriyyet.az xəbər verir ki, bu satınalmanın məbləği 43.060 manat, qalibi isə "AKASİYA RR CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub."AKASİYA RR CORP" MMC İnstitutun sözügedən satınalmasından iki ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli ev 57 ünvanı, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur."AKASİYA RR CORP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla - "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb.Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də "Bioloji aktivlər" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi "KASKAD-DEN GROUP" MMC qalib elan edilib."KASKAD-DEN GROUP" MMC Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AKASİYA RR CORP" MMC ilə eyni tarixdə - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb.Şirkətin hüquqi ünvanı başqa (Sabunçu rayonu, Eldar Xəlilov ev 3) olsa da, qanuni təmsilçisi eyni şəxsdir - Həsənov Murad Əkbər oğlu.Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir.Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır.
Qlobal.az məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsə də, qarşı tərəf bu barədə danışmaq istəmədi.Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda auditin nə zaman aparılması ilə bağlı Qlobal.az Hesablama Palatasından mövqe öyrənib.Hesablama Palatasının açıqlamasında deyilir:"Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır".Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir.İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var.Xatırladaq ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun direktoru Vüqar Səlimovdur.
qlobal.az