Ana olan 11-ci sinif şagirdinin təhsil aldığı məktəbdə ARAŞDIRMA APARILIR


Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib.

Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:

“Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.

Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib.



Oxşar Xəbərlər

Xəbər lenti