27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Prokurorluq deputatla Seymur Orucovu faktla üz-üzə qoyub, Prezident Adminstrasiyasında təftiş başlayıb; Professor sabiq rektoru tutarlı faktlarla ifşa edir
Hər keçən gün Iqtisad Universitetinin keçmiş rektoru, deputat Şəmsəddin Hacıyevlə bağlı yeni məllumatlar gündəmi zəbt etməyə başlayıb. Bununla bağlı redaksiyamıza verilən məlumata görə, Ş.Hacıyevin rektor olarkən ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu "Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsilə İqtisad Universitetində milyonlarla manatlıq "əməliyyat” aparıblar ki, bu da hazırda deputatın və ailə üzvlərinin barəsində cinayət işi açılmasını gündəmə gətiribdir. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, universitetdə aparılan "maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib: "Məsələn, 2011-ci ildə 166,822 manatlıq, 2012-də 136.748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə, məhz Mikayıl Cabbarov nazir işlədiyi vaxtlarda 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər: ”Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adıyla təyinatından yayındıraraq, mənimsəyiblər. O, hətta o qədər irəli gedib ki, arvadının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu "Turan” MMC-nin vasitəsiylə 3 il ərzində oxşar əməliyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub”. Bizi məllumatlandıran mənbə deyir ki, bütün bunlar Prezident Administrasiyasının müvafiq şöbələrində də ciddi narahatlıq yaradıb: "Hətta bildiyimə görə, Şəmsəddin Hacıyevin korrupsiya və digər əməlləri ilə bağlı toplanan materiallar ciddi müzakirəyə də buraxılıb. Böyük ehtimalla Hacıyevə o pulların geri ödənilməsinə məcbur ediləcək. Əks halda isə Azərbaycanda bir ilkə imza atılacaq. Yəni deputatı korrupsiyada ittiham edərək, mandatına son veriləcək, barəsində rəsmi cinayət təqibi başlanacaq. Belə olan halda isə, sabiq rektorun ailə üzvləri və onun universitetdəki dəstəsi də bu təqibdən yaxa qurtara bilməyəcəklər”. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, hakim dairələri qəzəbləndirən əsas məqamlardan biri də Ş.Hacıyevin Azərbaycanı aşan, yəni kənarda da ölkəni rüsvay edən əməlləri etməsidir: "Baxın, Şəmsəddin hacıyev o qədər özünə və universitetdəki 3-5 rüşvətxor ətrafına arxayın olub ki, universitetin Dərbənd fililalı vasitəsiylə də böyuk oyunlar oynayıb. Onun bu filial vasitəsiylə hər tələbədən 35-50 min manat alaraq həyata keçirdiyi saxta qəbullar bir yana qalsın, bu adam Dərbənddə universitetin adıyla torpaq dəllallığı da edib. Bu fakt 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən də təsdiqlənib. Məhkəmənin qətnaməsində bildirilib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox, bir hissəsini. Bu zaman guya satdığı torpaq sənədlərdə öz əksini tapıb. Maraqlıdır ki, Şəmsəddin Hacıyev sonra dərbəndli fırıldaqçıya kürəkəni, YAP gənclər təşkilatının sədri Seymur Orucovu da qoşub. Bundan sonra hər şey sadə sxem üzrə qurulub. Belə ki, 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti qayınata ilə kürəkən (Şəmsəddin Hacıyevlə Seymur Orucov) arasında alqı-satqı haqda yeni müqavlə imzalayıb. Bundan sonra belə desək, Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin bir hissəsini yenidən İqtisad Universitetinə satıb. Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş.Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq, sonadək talan etdiyi universitetin həmin torpaq hissəsində inşa edilmiş hansısa inzibati tikilini 3 dəfə satışa yönəldərək guya professor-müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti 10 dəfədən artıq şişirtməyə nail olub. Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açıb”. Məlumatlı şəxs deyir ki, məhz Dağıstan prokurorluğunun bu cinayətlə bağlı qəti tədbirlərindən sonra Dərbənd filialının özünün gələcəyi də sual altına düşüb: "Həmin vaxtı Şəmsəddin Hacıyev Dağıstan rəsmilərinə həddən artıq səylə "xod” eləməyə, bu faktın qapadılmasına cəhdlər edib. Ancaq o, milyonlar töksə də, bu rüsvayçılığı tam qapada bilməyib. Hətta iş o yerə çatıb ki, Dağıstan rəsmiləri universitetin Dərbənd filialının saxta Bakı fililalının hansı məqsədlə yaradılmasıyla bağlı Azərbaycan Təhsil Nazirliyinin "divar”a dirəyib. Ancaq o zaman hər saxta qəbuldan Təhsil Nazirliyinə 10-20 min manat rüşvət verən Ş.Hacıyev snsasion olayların Təhsil Nazirliyi tərəfindən qapadılmasına nail olur. Yəni Dərbənddən başlayan qalmaqallar Azərbaycanda gizlədilir. Sözsüz ki, bu məsələdə Ş.Hacıyevin nazirlikdəki ortaqlarının müstəsna rolu vardır. Hansı ki, bu gün hazırkı nazir Mikayıl Cabbarov onların çoxunu nazirlikdən qovsa da, o da bu faktların rəsmiləşdirilməsində hansısa səbəbdən yayınıb. Görünür, Hacıyevin rektorluqdan çıxarılmasından sonra nazir Mikayıl Cabbarov universiteti "plomblatdırmaq”la ondan istədiklərini artıqlamasıyla alıb. Əks halda o, sabiq rektorun indi məhbəsdə olması istiqamətində real addımar atardı. Atmayıbsa, demək ki, Mikayıl Cabbarovun da məqsədi Ş.Hacıyevin milyonlarından qidalanmaq olub. Necə ki, bu artıq universitetin ən çox müzakirə olunan söhbətlərinə çevrilib”. Məlumatlı şəxs deyir ki, Ş.Hacıyevin "fəaliyyəti” bununla bitməyib: "Məsələn, Şəmsəddin Hacıyev öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaradıb, onları mənzillə təmin etmək məqsədiylə Mir Cəlal küçəsində, daha doğrusu, şəhərin mərkəzində ev tikdirməyi vəd edir. Beləliklə, təsisçisi Hacıpaşa Muradov olan "İqtisadçı-H” kooperativi yaradılmış olur. Ancaq bir müddətdən sonra rektor mənzillərin pulun böyük hissəsini ödəyən universitetin əməkdaşlarını "oyundankənar” vəziyyətə salmaq üçün 2005-ci ilin may ayında Bakı Şəhər İH başçısı Hacıbala Abutalıbova məktub yazıb. Xahiş edib ki, mənzillərin satışının icazəsinin "İqtisadçı-H”-dan alınaraq öz qohumlarının adına təsis elədiyi "İqtisadçı-2005" kooperativinə verilsin. Yəni binanın tikintisiylə bağlı sərəncamının dəyişdirilməsinə belə yolla nail olub. Beləliklə də, dosent- professorlara "ataraq” mənzilləri müxtəlif lazımlı dost və qohumlarına, o cümələdən hazırda da baş nazirin müavinləri olan iki nüfuzlu məmurun övladlarına, o cümlədən qızının həyat yoldaşı Seymur Orucova, deputat Eldar Quliyevin qohumu Yelena İsmayılovaya, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalova və digər bu kimi yaxın ətrafına peşkəş edir. Bütün bu əməliyyatlardan uğurla çıxaraq, külli miqdarda vəsait əldə edən Ş. Haciyev iştahasının qarsısında dura bilməyərək, dərhal yeni işdən yapışır. O, Quba rayonunun füsunkar Nüvədi-2 kəndində guya ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətdən yer ayırmağa nail olur. Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırılır. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi hələ də müstəntiqlər tərəfindən araşdırılır”. Məlumatlı şəxs deyir ki, bütün bunlar hazırda cinayət işinin əsas predmeti olaraq, Hacıyevin başının üzərini kəsdirib: "Sizə onu da deyim ki, bütün rəsmi araşdırmalara 8 il Şəmsəddin Hacıyevin müşaviri olmuş professor Bədirxan Musayevin də şikayətləri əlava olunub. Hansı ki, professor Şəmsəddin Hacıyev anadangəlmə "pulizm” xəstəliyinə tutulmaqda, onu 40 mindən çox diplom satmaqda, Universiteti alverxana mərkəzinə çevirərək İqtisadçı kadr potensialını məhv etməkdə, Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat və digər mənbələrdən 350-400 milyon manat rüşvət alaraq, zəhmətsiz gəlir əldə etməkdə, təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamaqda əsaslı sənəd və faktlarla ittiham edir. Bildiyimizə görə, onun Baş Prokurorluğa yazdığı şikayətlər araşdırılması üçün Təhsil Nazirliyinə də göndərilib”. Bu və ya digər məlumatlarla bağlı əməkdaşımız professor Bədirxan Musayevlə əlaqə saxlayıb. İqtisad elmləri doktoru B.Musayev əməkdaşımıza Dərbənddəki torpaq dəllalığından xəbərsiz olduğunu desə də, digər faktları təsdiqləyib: "Bəli, sizdə olan korrupsiya, mənzil fırıldaqçılığı və digər rüsvayçılıqlar faktdır. Hətta bütün bunlarla bağlı ötən həftə cənab Prezidentə də yazdım. Məlumat üçün deyim ki, Şəmsəddin Hacıyevin rektorluğu dövründə ona qarşı çıxan 70 nəfər əməkdaşı şəxsən mən sakitləşdirdim. Bununla əlaqədar qızı (Çeşmi) və özü mənə minnətdarlıqlarını bildirərək: "Allah səni bizim üstümüzdən əksik etməsin” dedilər. Ancaq az sonra aydın oldu ki, pul xəstəsi olan Hacıyev həqiqətən də içi mən qarışıq bütün müəllimlərə fırıldaq gələrək, mənzilləri öz yaxın ətrafının arasında bölmək istəyir. Bundan sonra onun əməllərini araşdırdım və bu zaman dəhşətə gəldim.O, və oğru dəstəsi universiteti talan edirdilər. Hacıyevin adamları – Zəfər Bayramov, Nazim Eminov, arvadının qohumları əlbir olaraq dağıdıcılıqla məşğul idilər. Buna görə prezidentə mətbuat vasitəsiylə açıq müraciət elədim. Bu isə rektorun xoşuna gəlmədi. O, küçə səviyyəli əxlaqsız tərəfdarı olan 3-5 Eldar Mahmudovçu dəstəsiylə mənə qarşı çox şərəfsiz, alçaq kombinasiyalar qurdular. Ş.Hacıyev utanmadan mətbuata çıxaraq məni "vətən xaini” adlandırdı, iş otağıma sidik putulkası, pampers qoydurdu. Universitetin adına ləkə olan bir qoluboyla əlaqəyə girərək, onun əliylə məni öldürtmək istədilər. Hansı ki, o, "qoluboy”un oğlunu Ş.Hacıyev universitetə "perevod” edərkən, 10 min manatını ala bilmirdi. Mən isə bu "qoluboy”un rəhbərlik etdiyim kafedradan qovulmasını tələb edirdim. Hacıyev isə mənim şikayətimi təmin etmək əvəzinə, hüquqşünasa bu faktı yoxlatdırıb, onun "qoluboy” olmadığını aktla təsdiq elətdirdi. Görürsünüzmü, Hacıyev ən qədər iyrənc, rüsvayçı əməllərin sahibi olub. O, pula görə görün nə vəziyyətə düşmüşdü ki, "qoluboy”un arxasına sığınaraq, məni bu tiplərin üzəduranlığı ilə 60 il canımı qoyduğum universitetdən uzaqlaşdırdı”. Prefessor Prezidentə müraciətində daha sonra yazır: "Respublikada "iqtisadi kibernetika” ixtisasını mən yaratmışam. 1967-ci ildən "iqtisadi kibernetika” kafedrasını təşkil edib, kafedra müdiri seçilmişəm. 25.10.2011-ci il tarixədək Iqtisadi Kibernetika kafedrasının müdiri olmuşam. Son seçki ərəfəsində Universitet seçki komissiyasının iclasına bir neçə gün qalmış mənə məlum oldu ki, kafedranın protokolu dəyişdirilərək saxtalaşdırılmışdır. Mənim çıxışıma əlavələr edilmiş, yeni protokolda çıxış edənlərin imzası silinmiş, iclasın katibi yoxa çıxmışdır. Bunlar mənə məlum olduqda, Təhsil Nazirliyi təlimatının 1.8 maddəsinə - "iddiaçı ərizəsini rektor tərəfindən təyin olunma haqda əmr verilənədək istənilən vaxt geri götürə bilər”, tezisinə əsasən kafedra müdirliyindən imtina ərizəsini rektora təqdim etdim. Rektor mənimlə razılaşmadı. Bundan sonra təlimatın 2.3 maddəsinə "zərurət yarandığı halda komissiyanın tərkibinə əlavə mütəxəssislər də cəlb edilə bilər” əsaslanaraq, seçki komissiyasının tərkibinə mənim ixtisasıma uyğun mütəxəssislərin cəlb edilməsini xahiş etdim. Rektor mənim bu təklifimdən də imtina etdi. Bundan sonra təlimatın 2.12 maddəsi "rektorun qərarı ilə kafedra müdirinin hesabatı təhsil müəssisəsinin elmi şurasında da təşkil edilə bilər” əsaslanıb, hesabatımın böyük elmi şurada dinlənilməsini xahiş etdim. Bundan da imtina cavabı aldım... Bundan sonra çarəsiz qalıb rektor və seçki komissiyasının sədri Q.Rzayevə mövcud nöqsanları göstərməklə kafedra müdirliyindən imtina ərizəsi ilə müraciət etdim. İmtina ərizəm olduğu halda seçki komissiyası məni qeyri-qanuni iclasa dəvət etdi. Mədəniyyət xatirinə iclasa gəlib kafedra müdirliyindən imtina ərizəmi oxumaq istəsəm də, buna imkan vermədilər. "İqtisadi Kibernetika” kafedrasının protokolunun saxtalaşdırılmasını, mənim hesabatımın dinlənməməsini, mənim idarəetmə bacarığım və qabiliyyətim haqda ictimai rəy sorğusunun keçirilməməsini, müvafiq kafedra və ekspertlərin rəyinin öyrənilməməsini, ümumiyyətlə təlimatın 2.9 maddəsinin pozulmasını səbəb gətirərək zalı tərk etdim. Seçki komissiyasının üzüvləri rektorun təhlükəli banda üzvləri olduqlarından mənə fikrimi axıra qədər ifadə etməyə imkan vermədilər və məni təhqir etdilər. Özləri məni təhqir etdikləri halda, akt tərtib etmişlər ki, guya mən komissiya üzüvlərini təhqir etmişəm. Akt rektorun sifarişi əsasında tərtib edilmişdir, böhtan xarakteri daşıyır, mədəniyyətsiz və əxlaqsız ifadələr əsasında tərtib edilmişdir. Bunla bağlı diskə baxsanız, əminəm ki, Ş.Hacıyevi ayağından asdırarsınız!. Hörmətli cənab Prezident! Sabiq rektor Ş.Hacıyev o vaxtdan saxta digər əmriylə məni müşavir vəzifəsindən azad etdi. Onun cinayətləri ilə əlaqədar 93 dəfə məhkəmə sisteminə, prokurorluğa müraciət etmişəm. Ş.Hacıyev məhkəmə sədrlərinə 10 min manat, hakimlərə isə 5 min manat hər dəfə rüşvət verib, bütün məhkəmələri saxta sənədlərlə öz xeyrinə həll etmişdir. Hörmətli cənab Prezident! Sabiq MTN Eldar Mahmudov və sabiq rektor Ş.Hacıyevin cinayətlərinin prokurorluq orqanlarında araşdırılmasına qadağa qoymuşdur. Ona görə də Baş prokuror Ş.Hacıyevin cinayətləri ilə əlaqədar daxil olan müraciətləri təhsili alverxana mərkəzinə çevirmiş Təhsil nazirinə, oradan da cinayət yuvası olan İqtisad Universitetinə göndərtdirib. Hörmətli cənab Prezident! Ş.Hacıyev Baş nazirin müavini Əli Əhmədovun tələbə oğluna qeyri-qanuni Universitet koperativində 4 otaqlı mənzil bağışlamışdır. Sizin köməkçiniz Əli Həsənov isə Ş.Hacıyevin qudalar qudasıdır. Onlar mənim müraciətlərimi Sizə çatdırmağa imkan vermirlər. Ədalətin bərpa olunmasına imkan vermirlər. Ş.Hacıyev mənə "vətən xaini” damğası vurub. Tutduğum vəzifələrdən qeyri-qanuni azad olunmamla aqil yaşımda o dünyaya getmək istəmirəm. Ədaləti bərpa edənə qədər (ölənə qədər) mübarizəmi davam etdirəcəyəm. Ona görə də mənim 60 il 15 rektorla bütün vəzifələrdə şərəflə işləməmi nəzərə alaraq, pozulmuş və tapdalanmış hüquqlarımı bərpa etmək üçün müvafiq orqanlara göstəriş vermənizi xahiş edirəm. İnkar olunmaz sənədləri istənilən vaxt təqdim edə bilərəm”.
"Yeni Sözçü" qəzeti