"Bu qədər iyrənc şəkildə təxribat gözləmirdim" - MEHMAN HÜSEYNOV

 

Bloger Mehman Hüseynov evində mətbuat konfransı keçirir.

Sozcu.info  xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirib.

O, bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: "Bu mubarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə mən anamı itirdim. Ailəm dağılıb. Bilirsiniz ki, atam bir yanadır, qardaşlarımın biri xaricdədir, biri də Naxçıvanda hərbidə. İtkilərə baxmayaraq, Azərbaycan xalqına göstərdim ki, mən mübarizəni davam etdirirəm. İlk öncə azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Xalq mən aclıq edən, mübarizə aparan zaman yanımda olublar. Bundam əlavə, Avropa parlamentinin deputatları, Amerika senatları beynəlxalq ve yerli qurumlar aclıq keçirən zaman mənə dəstək oldular. Mənimlə birlikdə digər dostlarımız da aclıq aksiyası keçirirdilər ki, onlara da təşəkkür edirəm. Əlbəttə ki, buradan siyasi partiyalara, Milli şuraya təşəkkür edirəm ki, mitinq təşkil ediblər. Həmin mitinqdə siyasətdən kənar adamlar da var idi ki, bu da çox gözəl haldır. Ən böyük təşəkkür Azərbaycan xalqına və bir qrup jurnalistlərədir ki, çətin durumda doğru olanları işıqlandırıblar. 2 il müddətində həbsxanada nələr olduğu haqqında danışmaq istəmirəm. Əsas məsələ odur ki, bu iki il müddətində mən anamı itirmişəm. Düşünürəm ki, anamın ölümü məndən və xaricdəki qardaşımdan alınan qisasdır. Düşünürdüm ki, anamı itirdikdən sonra mən çökəcəm. Lakin gözləntilərim olmadı. Gördüm ki, çox güclüyəm və həbsxanada mübarizəmi davam etdim. Həbsdən çıxan zaman jurnalistlər məni burada üç-dörd saat gözləyiblər. Əlbəttə ki, bunu dəyərləndirməliyəm. Ancaq jurnalistlər də başa düşməlidirlər ki, mən iki il ərazində əziyyət çəkirdim. Azad mətbuata çıxışım yox idi, telefon çətinliyim vardı. Bunlar çox vacib kriteriyalardır. Bilmirdim ki, çöldə nə baş verir. Ona görə də azadlığa çıxan zaman jurnalistlərə bildirdim ki, icazə verin ki, iki gün məlumatları araşdırım. Başa düşməli idim ki, indiki durum nə yerdədir. Bu iki gün ərzində araşdırma edib, mitinqdə baş verənlər,bütün yaşananlar haqqında məlumat topladım. Mənim üçün mübarizə aparanlara təşəkkür edirəm. Bütün jurnalistləri hadisə maraqlandırır. Yəni guya mən ədliyyə işçisinə qarşı xuliqanlıq etmişəm. Heç bir ağlı başında olan insan həbsinin başa çatmasına iki ay qalmış təxribata uymazdı. Hadisə ilə bağlı bildirim ki, belə bir hadisə ümumiyyətlə, baş verməyib. Bu, bir yuxu kimi idi. Əslində nələrsə gözləyirdim. Ancaq bu qədər iyrənc şəkildə təxribat gözləmirdim. Heç olmasa hadisəni süni şəkildə yaradıb təşkil etsəydilər, başa düşərdim ki, hansısa təxribata uymuşam. Əvvəllər də siyasi məhbuslara qarşı cəzanın sonuna yaxınlaşanda təxribatlar olub. Düşünürəm ki, təxribatla üzləşən insanlar bəlkə vaxtında düzgün addım atmayıblar deyə, mənim də başıma belə işlər gəlib. Cinayət işinin açılması ilə bağlı xəbər aldığımda bildirdim ki, cəzama iki ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli olacaq. Ya mən bu yolda öləcəm ki, sabah digərlərinə qarşı belə addım olmasın. Ya da azadlığa çıxacam. Onlar mənim nə qədər ciddi olduğumu bildilər. Aclıq aksiyası keçirib, sudan belə imtina etmişdim. Bunları həbsdən qorxduğum üçün etmirdim. Həbsdən qorxan insan mənim kimi fəaliyyət göstərməzdi. Bu hadisə mənim üçün prinsipial məsələ idi. Mən ölümlə-dirim arasında qalmışdım. Aclıq aksiyası zamanı huşumu da itirdim. Mübarizənin sonunda saxta cinayət işinə xitam verildi. İki ay ərzində baş verənlərin hamısını demək istəmirəm. Çünki elə şeylər var ki, ictimaiyyət üçün əhəmiyyətsizdir".

Daha sonra Mehman Hüseynovun çıxışı ingilis dilinə tərcümə olunub.

Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunub. Buna onun Nəsimi polisində işgəncələrə məruz qaldığını bəyan etməsi səbəb olmuşdu.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Dekabrın sonlarında ona qarşı türmə əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli icitmaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib.

***


"Həbsxanada aclıq aksiyası keçirən zaman nə su, nə də qida qəbul etmirdim". Bu fikri evində keçirdiyi mətbuat konfransında bloger Mehman Hüseynov deyib: "Aclıq aksiyası keçirənlər, aclığın nə olduğunu yaxşı bilirlər. Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülən qədər davam edəcəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Mətbuatda araşdırdım ki, kimlər haqqımda nə fikirlər səsləndiriblər. Peşəsindən asılı olmayaraq hər kəs mövqeyini bildirməli idi. Sosial şəbəkələrdən də bilirəm ki, hamı deyirdi ki, xalq yatıb, siyasi proseslərə qarışmır. Ancaq biz gördük ki, xalq yenə də mübarizədir və bütün proseslərdə var. Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim . Həkimləri cəlb edib və bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib, ictimaiyyətdə göstərəcəyik. Özümü bu qədər alçaq vəziyyətdə göstərməmək üçün qərara gəldim ki, 2 marta qədər ayaq üstə durmalıyam. Çünki bilirdim ki, çöldə xalq nə düşünür və prosesdən artıq xəbərdardır. Bundan sonra başladım yalnız su içməyə ki, martın 2-nə qədər ayaq üstə qalıb, prosesin sonunu gözləyim. Mətbuatda gedib ki, Mehman 1 gün aclıq edib. Bunların hamısı yalandır".

Mehman Hüseynov bildirib ki, o, yanvarın 7-nə qədər yalnız su içib:
"Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirem ki, müraciəti mən yazıb, imzalamışam. Əlbəttə ki, hansısa şərtləri irəli sürərək. Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir".

***

Mehman Hüseynov onunla görüşən hüquq müdafiəçiləri barəsində də danışıb:
"Bilirdim ki, mənimlə görüşən insanlar çöldə çıxıb düzünü yaymayacaqlar. Onlar çıxıb çöldə bildiriblər ki, Mehmanin şəraiti yaxşıdır. Mənim tələbim o deyildi ki, həbsxanada PlayStation gətirsinlər, kabab versinlər. Tələbim o idi ki, mənə qarşı olan haqsızlıq aradan götürülsün. Mənimlə görüşən hüquq müdafiəçiləri isə çöldə bunu çatdırmirdilar. Bəli, içəridə onlar dedikləri şəraitim yaxşı olub. Mən öz şəraitimi özüm oislesdirirdim və deyirdim ki, haqsızlıq aradan qalxarsa, ölənə qədər ac qalacam. Əli Abdsçova gəlincə isə enə qarşı duran insanı düşünüb, baqiskadim. Məsələ odur ki, Əli Abdalov məsələdə çox kiçik fiqur idi. Onun istəyi ilə bu proses baş verməyib. Düşünürdüm ki, Əli Abdalov prosesdə çox kiçik oyunçudur. Həmin insan mənə qarşı şərəfsizlik edibsə, görün necə tərbiyə, mədəniyyət almışamsa, onu Azərbaycan xalqının övladı kimi dəyərləndirib, bağışladım. Düşündüm ki, onun da ailəsi var. Onun ailəsinin, valideynlərinin, balaca uşağının heç bir günahı yoxdur. Məsələ elədiydi ki, biz görüşəndə dedilər ki, gizli video çəkəcəyik. Mən dedim ki, bunu açıq edin. Camaat görsün ki, Mehman necə insandır ki, ona qarşı bu cür hərəkət edəni bağışladı. Mən onun ailəsini, valideynini düşündüm. O adamla mənim heç bir problemim olmayıb.

M. Hüseynov bildirib ki, qardaşı ilə bağlı müraciətində qeyd olunanları özü yazıb:
"Başa düşmürdüm ki, şərləmə prosesi niyə baş verib. Əgər Emin Hüseynovun hərəkətlərinə görə məndən qısas alırlarsa, onun məsuliyyətini mən daşımıram. Müraciətimdə ona görə bildirmişdim ki, qardaşımın məsuliyyətini daşımıram. Biz bir-birimizi müdafiə edə bilərik, ancaq hərəkətlərimizə cavabdeh ola bilmərik".



Oxşar Xəbərlər

Xəbər lenti