Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi münasibətilə təbrik edib.
Hər zaman Heydər Əsədovu sərt tənqid etməsi ilə yadda qalan Hafiz Hacıyev sabiq nazirə məsləhətlərini də verib:
"Əvvəla mən onu bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edirəm. Bu dəfə başını salıb işi ilə məşğul olsun. Nə lazım olsa, bir mütəxəssis kimi məndən məsləhət ala bilər. Çünki mən uzun müddət balıqçılıq naziri işləmişəm, dövlət büdcəsinə böyük faydam olub. Yəni, bu sahəni dərindən bilən adamam. Ona görə də Heydər müəllim nə zaman məndən məsləhət istəsə, ala bilər. Çünki o bu sahəyə nabələd adamdır".
Partiya sədri qeyd edib ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olanda da öz ixtisiası üzrə çalışmayıb:
"Ona görə də kartofla soğanı ayıra bilmirdi, nəticədə nazir vəzifəsini itirdi. İndi də gəmi ilə paravozu ayıra bilmir. Axı o necə Dövlət Dəniz Akademiyasına rektorluq edəcək? Eybi yox, mən ona bir mütəxəssis kimi hər zaman məsləhət verməyə hazıram"./demokrat.az/