8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Maliyyə naziri Samir Şərifov isə özünü ABŞ-ın maliyyə naziri kimi rahat hiss edir
Azərbaycanın maliyyə sistemi islas ərəfəsindədir. Ölkənin bank sektorunda yaşananlar, milli valyutanın günbəgün dəyərini itirməsi, Mərkəzi Bankın və Neft Fondunun valyuta ehtiyyatlarının azalan xətlə davam etməsi, ən əsası insanlarda banklara inam qalmaması dövlətin maliyyə sisteminin çökmə ərəfəsində olduğunu göstərir. Ancaq bütün bunlar maliyyə naziri Samir Şərifovu və onun başçılıq etdiyi Maliyyə Nazirliyini deyəsən az da olsa narahat etmir. Əks haldaMaliyyə naziri Samir Şərifov özünü bu qədər rahat hiss etməzdi. Maliyyə nazirimizin nikbinliyinə həsəd aparmamaq olmur. Bu adam sanki maliyyə sistemi böhran ərəfəsində olan Azərbaycanın Maliyyə naziri deyil. Samir Şərifova baxan adam onu ABŞ-ın Maliyyə naziri olduğunu düşünə bilər. Sanki, bu gün dünyanın ən dayanaqlı valyutası məhz Azərbaycan manatdıdır. Halbuki, rəsmi statistika ölkənin maliyyə sisteminin iflas ərəfəsində olduğunu göstərir. Məsələn, yalnız Mərkəzi Bankın valyuta ehtiyyatları iyun ayın sonu ilə müqayisədə iyul ayının sonunda 121 milyon dollar azalıb. 29.07.2016-cı il tarixinə Mərkəzi Bankda cəmi 4 milyard 283,9 milyon ABŞ dolları qalıb. Bütövlükdə isə Mərkəzi Bankın ehtiyyatları ilin əvvəlinə nisbətən 853,8 milyon dollar azalıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği manatın məzənnəsinə müdaxilə baxımından əhəmiyyətli olması, yəni faktiki olaraq manatın kursunun Mərkəzi Bankın valyuta ehtiyyatlarından asılı olması milli valyutamızın vəziyyətinin çox ağır olmasından xəbər verir. Ekspertlər hesab edir ki, indi vəziyyət birinci və ikinci devalvasiya ərəfəsindəkindən daha acınacaqlıdır. Əgər birinci və ikinci devalvasiya ərəfəsində Mərkəzi Bankın valyuta ehtiyyatları indinkindən iki dəfə çox idisə, indi Mərkəzi Bankın valyuta ehtiyatları sürtlə tükənməkdədir. Bunun səbəbi isə Samir Şərifovun ciddi-cəhdlə manatın dollara nisbətdə kəskin ucuzlaşmasının qarşısını almağa çalışmasıdır. Lakin iqtisadiyyatdan azacıq anlayışı olan hər kəs bilir ki, proses bu cür davam edə bilməz. Əgər Samir Şərifov mövqeyini dəyişməsə və yaxud da prezident maliyyə nazirini daha peşəkar biri ilə əvəzləməsə valyuta ehtiyatları tamamilə tükənə bilər ki, bu artıq maliyyə sisteminin iflası demək olacaq. Ekspertlərə görə, hazırda Samir Şərifov manat qıtlığı yaratmaq və iqtisadiyyatı kiçiltməklə manatın kəskin ucuzlaşmasının qarşısını almağa çalışır. Lakin bu halda belə manat hər gün ucuzlaşır. Eyni zamanda Samir Şərifov faktiki olaraq bütün iqtisadiyyatı manatın kursunun nisbi stabilliyinin qorunmasına qurban verir ki, buda çox ağır nəticələr verəcək. Ekspertlərə görə, ikinci rübdə cəmi 8 bankın hesabatını açıqlaması bank sektorunda yaşanan böhranı gizləməyə xidmət edir. Qanunvericiliyə görə, banklar öz saytlarında rübün maliyyə nəticələrini açıqlayan hesabatlarını dərc etməli idi. Amma bu dəfə yalnız 33 bankdan cəmi 8-i hesabatını açıqlayıb. Hesabatlarını daim gizlədən 4 bank isə ötən ay bağlanıb. Ekspertilər isə hesab edir ki, hesabatını gizlədən banka qətiyyən güvənmək və orada pul saxlamaq olmaz. Ancaq məsələ ondan ibarətdir ki, hesabatını açıqlayan banklara da etimad etmək mümkün deyil. Çünki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bəzi banklar hesabatları təhrif olunmuş şəkildə təqdim edir.
Bu banklara etibar etməyin
Rəsmi məlumatlara görə, hesabatlarını aramsız gizlədən və bununla qanunvericiliyi kobud şəkildə pozan banklar bunlardır: "Bank VTB”, "Nikoyl Bank”, "Unibank”, "Bank Respublika”, "Accessbank”, "AGBank”, "Amrahbank”, "AtaBank”, "Bank Standard”, "Expressbank”, "Günaybank”, "XalqBank”, "NBC Bank”, "Naxçıvanbank”, "Bank of Baku”, "Dəmirbank” və "Bank BTB”. Ekspertlər hesab edir ki, bu bankların maliyyə vəziyyəti ürəkaçan olmadığından hesabatlarını açıqlamırlar. Son bir ildə isə bu banklarda vəziyyətin daha da pisləşməsi ilə bağlı məlumatlar gəlir. Adının açıqlanmasını istəməyən ekspertin sözlərinə görə, ilin sonuna kimi bu bankların bir çoxu iflas edəcək ya da lisenziyaları ləğv ediləcək. Ölkənin maliyyə vəziyyətinin pisləşməsinin, iflas ərəfəsində olmasını və ən nəhayət bank sektorunun çökməkdə olmasını "PaşaBank”, "KapitalBank”, "Rabitəbank”, "Muğanbank” və "Bank Avrasiya” kimi bankların da hesabatlarını açıqlamaması şübhələrə səbəb olub və haqlı olaraq ekspertlərdə "Görəsən, bunlara nə olub?” –sualını doğurub. Əslində bu sualın cavabı da aydındır və böhranın bütün qurumlara təsir etdiyi göz önündədir.
Ölkənin bank və maliyyə sistemindəki böhranın dərinləşdiyi bir zamanda dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmağa başlaması sonun başlanğacı ola bilər. Belə ki, neftin bir barellinin 50 dollar olması və müəyyən qədər stabilləşməsi Azərbaycan naliyyə sisteminə nəfəsini dərmək imkanı verirdi. Ancaq neftin ucuzlaşması və prosesin uzun müddətli olmaq ehtimalının yükəsk olması Azərbaycan maliyyə sistemini iflasa daha da yaxınlaşdırıb. Azərbaycanın maliyyə naziri Samir Şərifov isə sanki bunları görmür və özünü ABŞ-ın maliyyə naziri kimi rahat hiss edir. Təəssüf ki, ölkə əhalisi onun bu nikbinliyini bölüşmür və əlinə düşən manatı dərhal valyutaya çevirməyə üstünlük verir. Vətəndaşlar maliyyə nazirindən fərqli olaraq ölkənin maliyyə sisteminin çökməkdə olduğunu hiss edirlər. Ona görə də, vəziyyətdən çıxış yolunu öz bildikləri kimi, yəni milli valyutadan imtina edib, xarici valyutalara üz tutmaqla həll edirlər. Bu isə Azərbaycanda Venesuela hadisələrinin təkrarlanmasına yol aça bilər.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü" qəzeti