Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Müxalif partiya hakimiyyəti rusdilli təhsil müəssisələrinin pulunu kəsməyə də çağırdı
Dünən ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən "Hürriyyət”ə verilən məlumata görə, toplantıda ölkə gündəmi üçün aktual olan bir sıra məsələlər müzakirə olunub.
Toplantıda ilk öncə Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirlərinin tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannaməyə Azərbaycan nümayəndə heyətinin imza atmaqdan imtina etməsi, xüsusi ilə də Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən ikitərəfli strateji sazişin baş tutmaması məsələsi müzakirə olunub.
Müzakirələrdə qeyd edilib ki, Azərbacanın Avropaya inteqrasiyasının bir çox vacib səbəbləri mövcuddur. Azərbaycanın strateji müttəfiqi olan qardaş Türkiyənin də Avropaya inteqrasiya xətti tutduğundan məntiqi olaraq Azərbaycanın da bu siyasəti təqib etməsinin vacibliyini və Avropaya inteqrasiya millətimizin, xalqımızın və dövlətimizin maraqlarının müdafiəsi baxımından Azərbaycana bir çox üstünlüklər verəcəyini vurğulayan İdarə Heyəti Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə daha sıx əməkdaşlığa çağırıb.
İdarə Heyəti son vaxtlar hakimiyyət orqanları tərəfindən xaricdə yaşayan mühacirlərə qarşı qarayaxma kampaniyasının aparılmasını, onlara qarşı qondarma ittihamlarla cinayət işlərinin açılmasını, ardıcılı olaraq vətəndaşların və siyasi təşkilatların mitinq keçirmək müraciətinə yox cavabı verilməsini, müxalif partiya funksionerlərinə və müstəqil vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə qarşı təqib və təzyiqlərin həyata keçirilməsini və internet televiziyalarına qarşı baş verən basqıları qətiyyətlə pisləyib bunu ölkədə demokratiya və insan hüquqları sahəsində olan vəziyyətin daha da pisləşməsinin göstəricisi kimi dəyərləndirib.
İdarə Heyəti 11 may 2019-cu il tarixində 30 yaşlı gənc Şəki şəhər sakini Məmmədov Qalibin polisə aparılması, daha sonra axşam saatlarında ailəsinə onun polisdə özünü asaraq intihar etməsi ilə bağlı məlumat verilməsi hadisəsindən ciddi narahatçılığını ifadə edib, Respublika Baş Prokurorluğunu baş vermiş hadisənin dəqiq və obyektiv araşdırılması istiqamətində addımlar atmağa çağırıb.
İdarə Heyəti Bakı şəhərinin "Sovetski” deyilən ərazisində mülkiyyət hüquqlarını müdafiə edən vətəndaşlara qarşı baş vermiş polis zorakılığını qətiyyətlə pisləyib. Evləri sökülən vətəndaşlara ədalətli kompensasiyanın verilməməsini onların mülkiyyət hüquqlarının pozulması kimi dəyərləndirib. İdarə Heyəti hakimiyyəti indiki ağır sosial-iqtisadi vəziyyətdə vətəndaşları narazı salmamağa, mülkləri dağıdılmış vətəndaşlara bazar qiymətlərinə uyğun adekvat kompensasiyaya verməyə çağırıb.
İdarə Heyəti son illər ölkədə rusdilli orta məktəblərin sayının artırılması məsələsini də müzakirə edib. İdarə Heyəti hesab edib ki, baş verənlər ölkə konstitusiyasına zidd olmaqla yanaşı orta məktəblərdə Azərbaycan dilində oxuyan uşaqların və onların ailələrin diskriminasiyasına gətirib çıxarıb ki, bu qətiyyən yolverilməzdir. İdarə Heyəti hakimiyyəti rusdilli orta təhsil müəssisələrinə dövlət büdcəsindən vəsait ayırmamağa çağırıb. Ölkədə digər xarici dillərdə olduğu kimi rusdilli orta məktəblərin də özəl sektora verilməsinin vacibliyini qeyd edən İdarə Heyəti ailələri Vətənimizin müstəqilliyi, azadlığı və suverenliyi üçün daim təhdid olmuş bir ölkənin dilində uşaqlarına təhsil verməkdən çəkinməyə çağırıb.
İdarə Heyəti son zamanlar orta və ali təhsil müəssisələrində dini dərslərin keçirilməsi ilə bağlı aparılan ictimai müzakirələrə də münasibət bildirib. İdarə Heyəti cəmiyyətimizin düşdüyü ağır mənəvi böhrandan çıxarılması, cəmiyyətdəki parçalanmaların qarşısının alınması, cəmiyyətimizdə əxlaqın, mədəniyyətin və həmrəyliyin bərpa olunması naminə orta və ali təhsil müəssisələrində dini dərslərin keçirilməsinin vacibliyini qeyd edib.