Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər”.
Bunu Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda keçirilən tədbirdə Komitənin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir.
G.İsmayılov deyib ki, terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır.
Sədr müavininin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.
Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb/TrendWhatsApp