8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kərimovu yenidən məhkəməyə verib.
Sozcu.info xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində bu gün keçirilən prosesdən sonra jurnalistlərə açıqlamasında Teymur Kərimovun özü məlumat verib. T.Kərimov anasının ölümündə Səhiyyə Nazirliyini və şəxsən nazir Oqtay Şirəliyevi günahlandırıb. O, anasının yasını keçirməli olduğu bir vaxtda məhkəmələrdə süründürüldüyünü və nazirliyin təklifini geri çevirdiyi üçün yenidən məhkəməyə verildiyini bildirib.
Teymur Kərimov bu gün keçirilən məhkəmədən sonra deyib: "Bildiyiniz kimi, Səhiyyə Nazirliyi tərəfindən CM-nin 147.2 maddəsilə məhkəməyə verilmişəm. İyunun 7-si ilk prosesdən sonra nazirlik iddianı geri götürdü. Sonra mənə olunan təklifləri qəbul etmədiyim və mübarizəmdən çəkinmədiyim üçün nazirlik, yəni Oqtay Şirəliyev məni yenidən məhkəməyə verib. Nədir ki, Oqtay Şirəliyevə "alkaş” demişəm. "Alkaş” sözünə görə məni CM-nin 147.2 maddəsilə yenidən məhkəməyə verib. Mən anamın ölümü üzərindən heç kimlə razılığa getmərəm. Mübarizəmi axıra kimi davam etdirəcəm. Çünki mənim anam öldü. İstəmirəm ki, digər analarımız da mənim anamın vəziyyətinə düşsün”.
Jurnalist daha sonra növbəti məhkəmə prosesinin iyunun 14-nə təyin olunduğunu bildirib.
Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını satışa çıxarmaqla bildirmişdi.